Britaniya rəsmilərinin sabiq rusiyalı casus Sergey Skripal və qızı Yuliyanı öldürməyə cəhddə ittiham etdiyi iki rusiyalı şəxs Salisburidə baş verən hücumundan bir neçə ay öncə Avropaya bir neçə səfər edib. Bu səfərlərdən altısı Cenevrəyə olub.
Qərbin kəşfiyyat agentlikləri Ruslan Boşirov və Aleksandr Pertrovun getdikləri yerləri araşdıraraq, onların pasportlarının verilmə tarixi, yəni 2016-ci ilin sentyabrından bu ilin mart ayənadək Avropaya səyahətləri zamanı nə etdiklərini müəyyən etməyə çalışır.
Skripal və onun qızı mart ayında İngiltərənin Salisburi şəhərində ictimai skamyada noviçok adlı əsəb-sinir qazı ilə zəhərlənmiş halda tapılıb. Britaniyanın baş naziri Tereza Mey bu həftə İcmalar Palatasında söyləyib ki, Boşirov və Petrov Rusiyanın hərbi kəşfiyyat xidməti, QRU-nun üzvləridir. O deyib ki, Salisburi hücumu “Rusiya dövlətinin rəhbərliyi tərəfindən” təsdiqlənib.
Kreml rəsmiləri Rusiyanın qətl cəhdində əli olduğunu inkar edir.
Britaniyanın təhlükəsizlik naziri Ben Uollas deyir ki, Salisburidə baş verən zəhərlənmə hücumuna görə, əsas məsuliyyəti Rusiya prezidenti Vladimir Putin daşıyır, çünki QRU-nu idarə edən, maliyyələşdirən və ona nəzarət edən onun hökümətidir”.
Cümə günü Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniyanın ittihamlarını rədd edərək deyib ki, “açıqcası, bunların hamısı yalandır”. Kreml Britaniyanın hücumda əsas şübhəlilər kimi müəyyən etdiyi şəxləri tanımadığını bildirib.
Hər iki şəxsə qarşı rəsmi ittiham irəli sürülüb və Britaniya onların Avropada həbsi üçün qərar çıxarıb. Şübhəlilər martın ikisində martın ikisində Moskvadan Lodonun Qatvik hava limanına gəldiklərindən martın 4-də Hitro hava limanından Moskvaya geri döndüklərinədək hərəkətlərini göstərən 11 min saatlıq təhlükəsizlik kameraları görüntüləri toplanıb.
Şübhəlilər Londonun şərqdinə ucuz bir oteldə qalıb. Polisin onların otağında noviçokun izini tapdığı bildirilir. Daha sonra onlar martın 3 və 4-də Salisburiyə gedib. Britaniya polisi və prokurorlar ilk səfərin ərazi ilə tanış olmaq məqsədi danışıdığını ehtimal edir.
Lakin onların kimliyi ilə bağlı bir çox sual işarəsi var. Britaniya hüquq-mühafizə orqanları bildirir ki, hər iki kişi psevdonimdən istifadə edib, amma onlar şübhəlilərin həqiqi adlarını da bilir. Amma bəzi rusiyalı jurnalistlər Boşirov və Petrovun onların gerçək adlarının olduğuna inanır.
Rusiyanın cinayət jurnalisti Sergey Kanev Boşirov cə Petrovun martda Londona uçmaq üçün istifadə etdikləri səndələrin real insanlara aid olduğunu iddia edir. O, Rusiya dövlət məlumat bazasındakə məlumatları nəzərdən keçirib və Petrovun 2001-ci ildə Chevrolet Tahoe maşının sahibi kimi qeydiyyatdan keçdiyini aşkar edib. Bir başqa məlumat bazasında o, Boşirovun 2015-ci ildə nəqliyyat qanunu pozduğuna görə cərimə aldığını görüb.
Rusiyanın digər media orqanları isə iddia edir ki, adlar real olsa da, QRU onlardan əməliyyat məqsədilə istifadə edir. Hər iki şəxsin pasportu 2016-cı ildə bir həftə ara ilə verilib.
Onların İtaliyanın Berqamo şəhəri, Paris Amsterdam və Cenevrəyə səfərləri də təhqiq edilir. Onların Cenevrəyə səfərlərindən biri ötən ilin noyabr və dekabra aylarında şəhərdə keçirilən Suriya sülh danışqları ilə eyni vaxta təsadüf edib.