Accessibility links

“Skuter ovu” yeni iş növü kimi geniş yayılmaqdadır


“Skuter ovu” yeni iş növü kimi geniş yayılmaqdadır
please wait

No media source currently available

0:00 0:03:11 0:00

ABŞ şəhərlərində motorlu skuterlərin sayı sürətlə artır. Hər cür yaşlı insanlar bu vasitə ilə istədikləri yerlərə problemsiz gedə bilirlər. Amma gecə vaxtı həmin skuterlər tapılmalı və enerji ilə doldurulmalıdır. Bu işi isə skuter ovçuları görür.

ABŞ küçələrində elektriklə çalışan bu cihazlara həvəs getdikcə artır. İnsanlar motorlu skuterləri icarəyə götürürək işə və evə getmək üçün və ya sadəcə əyləncə üçün sürürlər. İstədikləri yerə çatdıqda isə onlar skuterləri elə həmin yerdə saxlayırlar.

Başqaları isə bu skuterləri tapıb, onları enerji ilə yükləyib, tələb olunan nöqtələrə aparmalıdır ki, müştərilər növbəti gün onlardan istifadə edə bilsin. Skuterlərin istifadəsi artıqca, bu işi görənlərin sayı da artır.

Şivali Şarma, Skuter ovçusu: “Mən ev xanımıyam və oğlanlarım mənim evi tərk etməyimə öyrəşməyiblər. Ona görə də, onlar yatağa gedəndə, mən şəhərə çıxıb, skuterləri tapıb, onları gecə ərzində yükləyirəm. Səhər vaxtı, skuterlər enerji yığdıqda isə onları lazım olan nöqtələrə aparıram. Beləliklə, uşaqlar oyanana qədər evə geri dönürəm.”

Şivali Şarma skuter ovçusudur. Bu iş GPS və telefon tətbiqetmələri sayəsində mümkün olub. Hər gecə tək ana uşaqlarını valideynləri ilə saxlayıb, telefonunu yoxlayaraq, şəhərin müxtəlif yerlərinə səpələnən skuterləri tapır və onların enerjisini doldurur.

O, hər skuterə görə 6 dollar qazanır. Skuter uzaqda yerləşirsə, bu rəqəm artır.

Tibbi məzuniyyətdə olan donanma heyəti serjantı Şarma öz maşınına 29 skuter yerləşdirə bilir. İş yorucu ola bilər. Hər skuterin çəkisi 15 kiloqramdır. Bununla bərabər, sərt rəqabət də mövcuddur.

Şivali Şarma: “Bir neçə hal olub ki, mən skuterin yanında dayanıb, telefondakı tətbiqetmənin işə düşməsini gözləyirdim ki, onu götürə bilim. Birdən arxadan kimsə gəlib, məni görməmiş kimi skuteri götürüb, gedib.”

Skuter şirkətləri üçün bu cür işçilər iki problemi həll edir. Skuterlərin tapılması və onların öz elektrik xəttləri ilə doldurulması. Skuter ovçuları arasında rəqabət sürətlə artır. Şirkətlər bunu ehtimal etmirdilər.

Uill Li, Lime, Məhsul meneceri: “Skuter ovçularının işi Pokemon Go oyununa bənzətməsi, çox xoş bir təsadüfdür. Bu onlar üçün əlavə motivasiyadır. Bu səbəbdən işə müəyyən oyun elementləri əlavə etmişik ki, insanları cəlb edə bilək.”

Gecə davam etdikcə, Lime şirkəti hər skuter üçün məbləği artırır. Şirkət skuter ovçuları üçün video oyunlardakı kimi müxtəlif səviyyələr yaratmaq niyyətindədir. İndiyədək 1000-dən çox skuter toplamış Şarma super ovçu adı ala bilər.

Şivali Şarma: “Məni həvəsləndirən puldur, amma bu həm də əyləncəlidir. Çoxlu işdir, lakin əylənirsən.”

Skuter ovu dözümülülük tələb edir. Lakin bu cür iqtisadiyyat böyüdükcə, yeni növ işlərə cəlb olunmaq istəyən insanların sayı da artır.

XS
SM
MD
LG