Accessibility links

Sui-qəsdə məruz qalan Slovakiyanın baş nazirinin vəziyyəti ağır olaraq qalır


Sui-qəsdə məruz qalan Slovakiyanın baş nazirinin vəziyyəti ağır olaraq qalır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Sui-qəsd cəhdindən bir neçə gün sonra Slovakiyanın baş nazirinin vəziyyəti ağır olaraq qalır. Lakin onun müavininin sözlərinə görə, ən pisi artıq keçmiş ola bilər. Şübhəli şəxs isə hələ də həbsdədir.

Keçən həftə kameralar Slovakiyanın baş naziri Robert Fitsoya atəş açıldığı anı çəkib.

Daha sonra bir vertolyot Fitsonu Banska Bystritsanın Ruzvelt Universiteti Xəstəxanasına aparıb. Orada ona qarın nahiyəsi və qolunda güllə yaralarına görə azı iki əməliyyat olunub.

Bazar günü xəstəxanadan onun müavini mediaya müraciət edib. Slovakiya Baş Nazirinin müavini Robert Kalinak: "Düşünürəm ki, ən azı indiyə qədər qorxduğumuz ən pis şey arxada qalıb. Amma vəziyyətı çox ağır olaraq qalır və buna görə də mən son günlər baş verən möcüzələrə görə həkimlərə bir daha təşəkkür etmək istəyirəm".

Slovakiya televiziyası cümə günü polisin şübhəli şəxsi həbs etdiyi görüntüləri nümayiş etdirib.

Slovakiya Baş Prokurorluğunun ofisi şübhəlinin 71 yaşlı, keçmiş daş kömür mədənçisi, həvəskar şair olaraq təsvir edib. Bəzi media xəbərləri şübhəlinin Yuray C olduğunu müəyyən edib.

Fitsonun partiyası keçən il Rusiyayönlü və anti-Amerika platformasında keçirilən parlament seçkilərində qalib gəlib. Qələbədən dərhal sonra Fitso ölkəsinin qonşusuna ilkin dəstəyindən sonra Ukraynaya silah tədarükünü dayandırıb.

Bu, NATO üzvü olan Slovakiyanın küçələrində nümayişlərə səbəb olub və rəsmilərin fikrincə, atəş açan şəxsin Fitso hökumətinə qarşı hərəkətə keçməsinin motivi bununla bağlı ola bilərdi.

Slovakiyanın yeni seçilmiş prezidenti Piter Pelleqrini Slovakiyanı "yaralı ölkə" adlandırıb, lakin əlavə edib ki, siyasi partiyalar ölkənin necə irəliləyəcəyini müzakirə etmək üçün hələ görüşə hazır deyil.

Fitsonun Rusiya meylli hökumətinə baxmayaraq, Ukrayna prezidenti Volodimir Zelenski Fitsoya tezliklə sağalmasını arzu etməzdən əvvəl hücumun "dəhşətli" və "tamamilə qəbuledilməz" olduğu mesajını yazıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer prezident Co Baydenin "hücumdan həyəcan və dərin narahatlıq ifadə etdiyini" deyib. "Biz bu dəhşətli zorakılıq hücumunu pisləyirik və səfirliyimiz hökumətlə sıx əlaqədədir və yardım etməyə hazırdır."

Fitsoya sui-qəsd Avropa İttifaqı parlament seçkilərinə cəmi üç həftə qalmış baş verib. Təqsirli bilinərsə, şübhəlini ömürlük həbs cəzası gözləyir.

Forum

XS
SM
MD
LG