Slovakiyanın baş naziri İqor Matoviç hökumətinin yeni koronavirusa yoluxma halları ilə mübarizə üçün cümə axşamından etibarən ölkədə tətbiq edilən fövqəladə vəziyyəti təsdiqləyib.
45 gün davam edəcək fövqəladə vəziyyət hökümətə daha sərt tədbirlərin görülməsi üçün daha çox səlahiyyət verir. Lakin bu, pandemiyanın başlanğıcında tətbiq olunan ciddi məhdudiyyətlərə qayıtmaq demək deyil.
Mart və aprel aylarında, pandemiyanın ilk dalğasında qərb qonşularına nisbətən Slovakiyada yoluxma halları daha az və Avropa ölkələri arasında ölüm halları ən aşağı səviyyədə idi.
Səhiyyə Nazirliyinin son məlumatına görə, bu ay yoluxma hallarında sıçrayş olub. Yalnız bir gündə, çərşənbə axşamı 567 nəfərin yoluxduğu bildirilib.
5.5 milyon əhalisi8 olan bu ölkədə 10 min 141 yoluxma, çərşənbə axşamı da 3 nəfər olmaqla, 48 ölüm halı qeydə alınıb.
”Fövqəladə vəziyyətin davam edib-etməyəcəyinə və ya normal həyata dönə biləcəyimizə 45 gündən sonra qərar verəcəyik” - deyə, Matoviç Facebook səhifəsində yazıb.
Hökumət bazar ertəsindən bəri mədəniyyət və idman da daxil olmaqla, əksər kütləvi tədbirləri qadağan edib. İnsanlar maskadan istifadəyə və ailə toplanmalarından çəkinməyə çağırılıb.