Accessibility links

Slovakiya Sputnik peyvəndini yoxlamaq üçün Macarıstandan kömək istəyir


Slovakiya ötən ay Bratislavaya göndərliən 200 min doza Rusiya istehsalı Sputnik V vaksininin etibarlılığı və davamlılğının yoxlanması üçün Macarıstana müraciət edib.

Slovakiya maliyyə naziri İgor Matoviç aprelin 9-da Budapeştdə Macarıstan xarici işlər naziri ilə görüşdən sonra Macarıstan tənzimləyicisinin rolunu açıqlayıb.

Macarıstan Aİ dərman tənzimləyicisinin Sputnik V-nin effektivliyini və təhlükəsizliyini yoxlamağı, eləcə də Rusiyanın klinik testi ilə əlaqədar etik narahatlıqları araşdırması fonunda ondan geniş şəkildə istifadə edən yeganə Aİ ölkəsidir.

Slovakiya dərman tənzimləyicisinin alınan dozaların Aİ dərman tənzimləyicisi tərəfindən nəzərdən keçirilən dozalardan fərqli olduğunu bildirməsindən sonra 8 aprel tarixində Rusiya Bratislavadan Sputnik V dozalarının geri qaytarmasını tələb edib. Rusiya satınalma müqaviləsinin pozulduğunu bildirir.

Bir neçə Aİ-na üzv dövlətlər Sputnik V-i sifariş etməyi düşünsələr də, Avropa Dərman Agentliyindən (EMA) yaşıl işıq gözlədiklərini bildiriblər.

Macarıstan Baş naziri Viktor Orban Avropa qurumlarının pandemiya reaksiyalarının sərt tənqid edib və bunun ölkəsi fonunda yüz min doza Sputnik V idxal edib.

Slovakiya Dərmanlara Nəzarət İnstitutu aprelin 7-də Rusiya peyvəndinin effektivliyi və riskləri, əsasən də istehsalçının qeyri-kafi məlumatları səbəbindən geniş sualların olduğunu və bunun dozaların ölkə daxilində paylanmasının qarşısını aldığını bildirib.

İnstitut növbəti gün Sputnik V dozalarının EMA tərəfindən nəzərdən keçirildikləri ilə ya da Britaniya tibb jurnalı "The Lancet"-də nəşr olunanlarla ilə eyni olmadığını bildirib.

Matoviç bu ayın əvvəlində Sputnik V-nin alınması qərarı ilə əlaqədar yaranan qalmaqala səbəbi ilə Slovakiya Baş nazir postunu itirmişdi.

Yeni Baş nazir Eduard Heger 9 aprel tarixində Slovakiyalıların həyatını xilas etmək üçün ölkəsinin Sputnik V-yə ehtiyacı olduğunu bildirib.

Vaksinlə əlaqədar mübahisələr Rusiya rəsmilərinin Slovakiyalı həmkarlarını yerli testlərin bir hissəinin qeyri-rəsmi laboratoriyalara etibar etməkdə günahlandırmasından sonra daha da qızışıb.

Rusiya dərman mütəxəssiləri Avropa dərman tənzimləyicilərinin Sputnik V-nin təhlükəsizliyi və effektivliyindən məmnun qalacaqlarını israr edir.

Sputnik-in yaradılmasında rəhbər rol alan alim Aleksandr Gintzburq bildirib ki, vaksin virusun Cənubi Afrika variantına qarşı təsirinin "azalmasına" baxmayaraq, digər peyvəndlərdən daha effektivdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG