Accessibility links

Ambliopiya və ya “Tənbəl göz”ün müalicəsi [Video]


Amblyopia və ya “Tənbəl göz”ün müalicəsi
please wait

No media source currently available

0:00 0:01:33 0:00

Ambliopiya və ya “Tənbəl göz” gözün beyindən siqnal almaması və ya ümumiyyətlə beyinlə əlaqənin kəsilməsi səbəbindən yaranan problemdir. Bu, hansısa fiziki problemdən qaynaqlana bilər. Məsələ ondadır ki, bu problemi eynək taxmaqla həll etmək mümkün deyil. Lakin bu xəstəliyi VR adlanan yüksək texnologiyanın yardımı ilə müalicə etmək olar.

Bəzən fiziki-terapiya xəstəliyin özü qədər yorucu ola bilər. Lakin Slovakiyanın Tibb Klinikasında “Tənbəl göz” problemini aradan qaldırmaq üçün Virtual Reallıq oyunlarından istifadə edilir. Optik mütəxəssis Anders Rostand-Holm: “Siz xüsusi oyundan istifadə etməlisiniz. Qarşınıza fəza gəmisi qoyur və bu gəminin hərəkətini xüsusi markerlərdən istifadə etməklə izləyirsiniz. Gözlərin bərabər təlim keçməsi üçün hər ikisi eyni zamanda işləməlidir.”

“Tənbəl göz” xəstəliyi dünya boyu ən çox yayılmış görmə problemidir. Bu, gözün beyinin gözdən gələn siqnallarına məhəl qoymamasıdır və bu yaxınlara qədər yaşlılarda müalicəsinın mümkün olmadığı düşünülürdü. Optik mütəxəssis Yuriy Halika: “Bu xəstəliyi olan yaşlıları müalicə etmək mümkün deyildi. Biz indi bilirik ki, yaxşı softveyrdən istifadə edən 3D virtual reallıq vasitəsilə möcüzələr yaratmaq olar."

2015-ci ildən bəri Slovakiyadakı UVEA klinikasında “Ambliopiya” xəstəliyi olan 300-ə qədər insan müalicə olunub. Orta hesabla onların əksəriyyətinin görmə qabiliyyəti yaxşılaşıb.

Göz müalicəsində unikal Oculus Rift VR qulaqlıqlarından istifadə olunur. Hazırda bu oyunlar bahadır. Lakin UVEA komandaları proqramın yaxın gələcəkdə daha ucuz və evdə istifadəsinin mümkün olacağını deyirlər.

XS
SM
MD
LG