Accessibility links

Sloveniyanın baş naziri istefa verib


Sloveniyanın baş naziri Miro Tserar Ali Məhkəmənin böyük dəmir yolu layihəsini dəstəkləyən referendumun nəticələrini ləğv etmək qərarından sonra çərşənbə istefa verib.

"Əziz vətəndaşlarım, bu gün stəkandakı su daşdı. Yeni dəmiroylu layihəsi müsbət iqtisadi inkişafın qarşını almaq istəyənlər tərəfindən zərbə aldı. Mən isə bu cür hadisələrdə iştirak etmək istəmirəm," deyə o bildirib.

Tserar rəsmi istefasını cümə axşamı prezident Borut Pahora təqdim etməyi planlaşdırır.

Sentyabr ayında keçirilən referendumda seçicilər əsas dəmir yolu xəttini Adriatik dənizindən İtaliya sərhədinədək uzatmağı nəzərdə tutan 1,2 milyard dollarlıq layihəni təsdiq edib.

Tserar dəmir yolunun Sloveniyanın inkişafı üçün strateji əhəmiyyət daşıdığını demişdi.

Lakin Sloveniyanın Ali Məhkəməsi yeni səsvermənin keçirilməsini tələb edib və hökümətin layihəni təsdiqləməsi üçün seçicilərə haqsız təsir göstərdiyini bildirib.

Tserar deyib ki, onun mərkəz-solçu koalisiyası ölkəni 2014-cü ildə hakimiyyətə gəldiyi dövrlə müqayisədə daha inkişaf etmiş vəziyyətə salıb.

XS
SM
MD
LG