Accessibility links

Smartfonla ultrasəs müayinə


Smartfonla ultrasəs müayinə
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Ultrasəs texnologiyası xəstələrin sağlamlıqlarına mühüm pəncərə açır, amma adətən inkişaf etməkdə olan ölkələrdə bu texnologiyaya çıxış olmur. İndi əldə tutula bilən kiçik bir cihaz inkişaf etməkdə olan ölkələrdə böyük dəyişikliklərə gətirib çıxara bilər.

Keniyanın Nayrobi şəhərində bu hamilə qadın Buttefly iQ adlı cihaz sayəsində gələcəyi gözü ilə görə bilir.

“Butterfly iQ dünyada ilk tək zondlu bütün bədən üçün nəzərdə tutulan ultrasəs sistemidir,” Butterfly Network-un baş tibbi direktoru Con Martin bildirir.

2000 dollarlıq bu cihaz həm iOS həm də Android mobil cihazları ilə işləyir və real vaxtda tibbi görüntüləri üzə çıxarır.

`“Xəstəni testə göndərmək əvəzinə özün testi cibindən çıxarırsan,” Con Martin deyir.

Butterfly Dünya Bankı Qrupu və İstehlakçı Texnologiya Assosiasiyasının birgə təşəbbüsü olan Qlobal Texnologiya Müsabiqəsinin digital səhiyyə üzrə 17 qalibindən biri olub.

Bu ilki müsabiqədə diqqət Afrikanın şərqində səhiyyə xidmətlərinə çıxışı artırmağın həll yollarına yönəlib.

"Butterfly-dan öncəki model o idi ki, bizdə bir ultrasəs cihazı var idi və biz onu taksi ilə bir klinikadan digərinə aparırdıq," Melissa Manki bilditit.

Melissa Manki Nayrobidə qeyri-rəsmi yaşayış yerlərindəki sağlamlıq klinikaları şəbəkəsi "Access Afya"nın təsisçisidir. Onlar ötən payız Butterfly iQ-nu sınaqdan keçirməyə başlayıblar.

Manki deyir ki, "Butterffly iQ"nun “telerəhbər” özəlliyi böyük dəyişikliklərə gətirib çıxarıb.

Qadın bir həkim yardımçısı ilə görüşür və həmin həkim yardımçısı cihazla xidmət göstərir. Bizim digər tərəfdəki ekspertimiz də əldə olunan görüntüləri təhlil edir, Manki bildirir.

Manki deyir ki, bu cihaz tibb işçilərinə daha çox iş görməyə yardım edib, amma eyni zamanda hələ öyrəniləcək çox şeyin olduğunu da söyləyir.

"Ultrasəs müayinəsində mütəxəssisləşməyən və ya radioloq olmayan insanlar var, ona görə də biz təlimlərə böyük sərmayə qoymuşuq. Və Butterfly-ın da böyük onlayn kitabxanası da buna yardım edib" Melissa Manki deyir.

Doğuş zamanı ana ölümünün yüksək olduğu Keniyada buna böyük ehtiyac var.

“Lakin, eyni zamanda, bu fəsadların 90 faizi yaxşı təhlil və yaxşı ultrasəs müayinəsi ilə müəyyən oluna bilər," Manki bildirir.

Bu pasientlər üçün bu, daha aydın və sağlam gələcəyə pəncərədir.

XS
SM
MD
LG