Accessibility links

Smartfonlarla məkan anlayışı dəyişir


Smartfonlarla məkan anlayışı dəyişir
Smartfonlarla məkan anlayışı dəyişir

Ev alqı-satqısında məşhur bir ifadə var: “Məkan, Məkan, Məkan!” Bu o deməkdir ki, ev alarkən onun qiymətləndirilməsində ən başlıca factor evin harada yerləşməsidir.

Ancaq bu günün smartfonları və digər əl cihazları ilə məkan daha fərqli anlamlara gəlir.

Peykdən siqnallar alan kompyuterlər və smartfonlar hamı üçün əlçatımlı olandan sonra xəritələrin satışı xeyli azalıb. Hazırda ABŞ-da navigatora müraciət etmədən evi tərk edən az adama rast gəlmək olar. Bəzi “app”lər (telefon proqramları) hətta canlı olaraq hansı yollarda tıxac, qəza və ya təmir olduğunu göstərir.

Pyu Araşdırmalar Mərkəzinin İnternet və Amerika həyatı Layihəsinin yeni tədqiqatı göstərir ki, ABŞ-da orta yaşlıların 28 faizi mobil və ya sosial media “məkan xidmətlərini” gündəlik həyatlarında istifadə edir. Onlar bu xidmətləri yalnız harasa getmək üçün istifadə etmir.

XS
SM
MD
LG