Accessibility links

SMDT: Seçkilər əlverişli rəqabət mühiti olmadan keçirilir


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin aralıq hesabatı
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin aralıq hesabatı

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda parlament seçkiləri ilə əlaqədar seçki kampaniyasının gedişi barədə aralıq hesabatı yayıb.

SMDT namizədlərin irəli sürülməsi və qeydiyyatı dövrünü seçki komissiyalarında qeydiyyatdan keçmiş 18 nəfər könüllü müşahidəçinin məlumatları, habelə seçki komissiyalarının üzvləri, siyasi partiyalar, namizədlər, onların nümayəndələri ilə birbaşa ünsiyyət əsasında daxil olan məlumatlar üzrə dəyərləndirib.

2015-ci ildə keçirilmiş sonuncu parlament seçkiləri ilə müqayisədə növbədənkənar parlament seçkiləri öncəsi siyasi fəallıq artaraq müstəqil qaydada seçki prosesinə qatılan namizədlərin sayının çoxluğu ilə diqqəti çəkib.

Seçki
Seçki

Demokratik Qüvvələrin Milli Şurası ədalətə inamın və prosesin azad olmaması səbəbindən seçkilərdə iştirakdan imtina edib. Eyni zamanda Müsavat, ReAL partiyaları və NİDA Hərəkatı seçkilərdə iştirak etmək qərarına gəliblər.

Seçki ərəfəsində sərbəst toplaşmaq, birləşmək və ifadə azadlığına qoyulan məhdudiyyətlər aradan qaldırılmayıb.

SMDT təəssüflə qeyd edir ki, Seçki Məcəlləsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə Avropa Şurası Venesiya Komissiyasının birgə tövsiyələri əsasında təkmilləşdirilməyib.

SMDT namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində bəzi qanun pozuntuları qeydə aldığını bəyan edərək, bu halların 2005-ci ildən bəri müşahidə etdiyi bütün parlament seçkiləri üçün səciyyəvi olduğunu qeyd edir. Pozuntular əsasən bəzi müxalif və müstəqil namizədlərə icra strukturları, seçki komissiyaları və ya işlədikləri müəssisələrin rəhbərlikləri tərəfindən namizədlikdən imtina etmələri üçün təzyiqlər, bəzi hallarda isə imza vərəqlərinin verilməsindən imtina halları, imzatoplama prosesində iştirak edən şəxslərə maneələrin yaradılması ilə müşayiət olunub.

Pozuntular əsasən bəzi müxalif və müstəqil namizədlərə icra strukturları, seçki komissiyaları və ya işlədikləri müəssisələrin rəhbərlikləri tərəfindən namizədlikdən imtina etmələri üçün təzyiqlər, bəzi hallarda isə imza vərəqlərinin verilməsindən imtina halları, imzatoplama prosesində iştirak edən şəxslərə maneələrin yaradılması ilə müşayiət olunub.
SMDT-nin aralıq hesabatından sitat

SMDT seçki komissiyalarının fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı təkmilləşmə qeydə almayıb.

Namizədlərin irəli sürülməsi və qeydiyyatı dövründə MSK-nın onlayn məlumat mərkəzi çalışmayıb. Sistem yanvarın 11-dən sonra, imza vərəqələrinin təhvilvermə müddəti başa çatdıqdan sonra işləyib.

2431 nəfər namizədliyini irəli sürsə də onlardan 2358 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Namizədliyinin irəli sürülməsi təsdiq olunmuş şəxslərdən 2247 nəfər imza vərəqələrini götürüb. İmza vərəqələrini doldurub qaytaran 1774 nəfərdən 1560 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Seçkilərdə 19 siyasi partiya iştirak edəcək. Hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 123 nəfərin hamısı qeydiyyata alınıb.

Müsavat Partiyası 81 nəfərin namizədliyini irəli sürsə də onlardan 60 dairədən 64 nəfərin namizədliyi qeydə alınıb.

“Real Cümhuriyyətçilər” blokunun namizədliyini irəli sürdüyü 42 nəfərdən 31-in namizədliyi qeydə alınıb.

“Hərəkət bloku”nun namizədliyini irəli sürdüyü 18 nəfərdən 16-nın namizədliyi qeydə alınıb.

Parlamentin əvvəlki tərkibindən 30 deputat yenidən namizəd olmayıb.

Hesabatın sonunda tövsiyələr irəli sürülüb:

- Rəqabət mühitinin yaradılması üçün təşviqat mərhələsində namizədlərə bərabər imkanlar yaradılmalı, ödənişsiz efir vaxtı ilə bütün namizədlər təmin olunmalı, ödənişli efir vaxtı ağlabatan qiymətdə təklif edilməli;

Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası

- Sərbəst toplaşma azadlığına məhdudiyyətlər aradan qaldırılmalı, namizədlərin seçicilərlə görüşləri üçün ayrılan açıq və qapalı məkanların sayı artırılmalıdır;

- Seçki iştirakçılarına təzyiqlər dayandırılmalı, inzibati resursların müəyyən namizədlərin xeyrinə istifadəsi təcrübəsinə son qoyulmalı, seçki komissiyalarının, eləcə də icra strukturlarının qanun pozuntularına yol verən nümayəndələrinin məsuliyyətə cəlb olunub cəzalandırılması üçün hüquqi addımlar atılmalıdır;

- Seçki şikayətləri seçki komissiyaları tərəfindən ərizəçilərin iştirakı ilə hərtərəfli araşdırılmalı, şikayətlərə baxılarkən yalnız milli qanunvericilik deyil, Azərbaycanın beynəlxalq anlaşmalarla üzərinə götürdüyü öhdəliklər, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin seçki hüquqlarının pozulması ilə bağlı qərarları diqqətə alınmalıdır.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyası bir qayda olaraq ölkədə seçki mühitnin demokratik və şəffaf olduğunu, namizələrə qarşı ayrıseçkiliyin olmadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG