Accessibility links

Snapchat yeniyetmələr arasında Facebook-dan daha populardır [Video]


Snapçat yeniyetmələr arasında Facebook-dan daha populardır
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Snapçat yeniyetmələr arasında Facebook-dan daha populardır

Əgər siz dünyada olan 6 milyard smartfondan birinə sahibsizinizsə, çox güman ki, Facebook və ya Instagram kimi sosial media platformalarından isitfadə edirsiniz.

Amma əgər siz amerikalı tinecersinizsə, sizin sosail media seçiminiz böyük bir ehtimal Snapchat-dır. Bu, fotolar və videolar paylaşmaq üçün yaradılmış mobil əlavədir. Snapchat vasitəsilə paylaşılanlar 24 saatdan çox qalmır və vaxt tamam olan kimi proqram tərəfindən silinir.

Piper Jaffray adlı sərmaye bankçılığı şirkətinin keçirdiyi yeni rəy sorğularına əsasən Snapchat amerikalı tinecerləri arasında ən popular mobil əlavədir. Piper Jaffray şərh verməkdən imtina etsə də, Amerikanın Səsi sosial media eksperti Amerikan Universitetinin professoru Stef Vuds ilə danışdı:

“Bunun sadə izahı var. İstifadəsi çox asandır. Sürətlidir və paylaşılanlar sosial mediada mümkün ola biləcək qədər gizli qalır. Snapchat əksər hallarda valideynlər tərəfindən istifadə edilmir. Bu isə tinecerlərə müstəqillik hissi verir.”

Popularlığına baxmayaraq, Market Realist dot com-a əsasən Snapchat-ın yüksəliş tempi zəifləməkdədir. Lakin NBC Universaldan 500 milyon məbləğində sərmayə ilə nəhəng media şirkəti Snapchat-ın 18-24 yaşlar arası yeni istifadəçiləri cəlb edəcəyinə ümid edir.

XS
SM
MD
LG