Accessibility links

Snouden Fransada sığınacaq almaq üçün Makrona müraciət edib


Edward Snowden speaks via video link as he takes part in a round table on the protection of whistleblowers at the Council of Europe in Strasbourg, France, March 15, 2019. REUTERS/Vincent Kessler

Hökumətin izləmə proqramının detalları ilə bağlı gizli sənədləri sızdıran ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş kontraktoru Edvar Snouden Fransa prezident Emmanuel Makronu ona sığınacaq verməyə çağırıb.

Birləşmiş Ştatlarda məhkum olunmamaq üçün hazırda Rusiyada yaşayan Snouden bazar ertəsi günü Fransa radiosuna müsahibəsində deyib ki, “informatorların müdafiəsi düşmən hərəkət deyil” və o, Fransada müdafiə olunmuş statusu almaq hüququ olduğunu düşünür.

Snoudenin 2013-cü ildə o zaman Fransa prezidenti Fransua Hollanda sığınacaq haqda müraciəti qeyri-müvəffəq olmuşdu. O daha bir neçə ölkədə sığınacaq almaq üçün müraciətlər etmişdi.

Edvard Snoudenin ilk dəfə olaraq öz hekayəsini detallı əks etdirən kitabı Fransa da daxil olmaqla dünyanın 20 ölkəsində çərşənbə axşamı günü işıq üzü görəcək.

Fransa prezidentinin ofisi Snoudenin müraciəti ilə bağlı şərh verməyib.

Rusiyada 2013-cü ildə Edvard Snouden siyasi sığınacaq verib.

Şərhlərə bax

XS
SM
MD
LG