Accessibility links

Rusiya Snodenə müvəqqəti sığınacaq verib


ABŞ kəşfiyyat agentliyinin keçmiş kontraktoru Edvar Snouden Rusiyada müvəqqəti siyasi sığınacaq almağa nail olaraq, Moskvanın Şeremetyevo hava limanın tərk edib və rəsmən ölkəyə daxil olub.

Snoudenin vəkili Anatoli Kuçerena bildirib ki, Rusiya rəsmiləri ona bir il müddətinə müvəqqəti siyasi sığınacaq verib. O, rəsmi sənədləri aldıqdan dərhal sonra hava limanını tərk edib. Vəkilin sözlərinə görə, Edvard Snouden məxfi yerə apaılıb.

30 yaşlı Snouden ABŞ onun pasportunu ləğv edib onun casusluq ittihamları əsasında Birləmiş Ştatlarda məhkəmə qarşısına çıxarılması üçün təhvil verilməsinə çalışmasından sonra bir aydır Şeremetyevo hava limanının tranzit zonasında qalırdı.

Snoudenin hava limanını tərk edərək Rusiyaya daxil olması ABŞ və Rusiya arasında yeni gərginliyin yaranmasına səbəb olub. ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putindən Snoudenin Birləşmiş Ştatlara təhvil verilməsi ilə bağlı müraciət edib, lakin Rusiya lideri bunu etməkdən imtina edib. Ağ Ev prezident Barak Obamanın Vladimir Putinlə sentyabr ayının əvvəli Moskvada keçiriləcək zirvə görüşünü boykot edə biləcəyinə işarə edib.

Edvard Snouden iki ay əvvəl ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin gizli izləmə proqramı ilə əlaqədar məlumatları ictimaiyyətə açıqlamışdı. O, iyunun 23-də Moskvaya yola düşməzdən Honq-Konqa qaçmış dı. Edvard Snouden Latın Amerikasına getmək istədiyini bildirib. Venesuela, Nikaraqua və Boliviyanın ona sığınacaq verməyə razı olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG