Accessibility links

Edvard Snouden Rusiyadan sığınacaq müddətinin uzadılması üçün müraciət edib


Sabiq ABŞ milli təhlükəsizlik işçisi Edvard Snoudenin vəkili bildirib ki, o, sığınacaq müddətinin üzadılması üçün Rusiya rəsmilərinə müraciət edib.

Keçən il Vaşinqtonun onun pasportunu ləğv etməsindən sonra Moskva rəsmiləri Snoudenə Rusiyada yaşamaq icazəsi verib.

ABŞ rəsmiləri bir vaxtlar milli təhlükəsizlik təşkilatına işləyən Snoudeni keçən il 1.7 miliyon gizli sənədi jurnalistlərə sızdırdığına görə təqsirləndirir.

Snouden ABŞ-da casusluq ittihamı ilə üzləşsə də, Rusiya onun Birləşmiş Ştatlara ekstradasiya tələbini rədd edib.

XS
SM
MD
LG