Accessibility links

Sobsan boya fabrikində yanğın baş verib


Sobsan boya fabrikində yanğın baş verib
Sobsan boya fabrikində yanğın baş verib

Bakı şəhəri, Binəqədi rayonunda Sobsan boya fabrikinin ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Sosial platformalarda yayılan videolardan görünür ki, yanğın geniş sahəyə yayılıb, zavodun ərazisindən bir neçə partlayış səsi eşidilib. Hadisə yerində olanlar bildirir ki, partlayışlar zavodun həyətində olan böyük çənlərdə baş verib.

İlkin məlumata görə, hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

XS
SM
MD
LG