Accessibility links

SOCAR-ın idarə edilməsi təkmilləşdiriləcək - ekspertlərin baxışı


Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR idarə edilməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir ki, idarəetməni yaxşılaşdırmaq üçün SOCAR-ın 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır və onun sədrini ölkə prezidenti təyin edir.

Eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinə SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiqlənməsi, nizamnamə kapitalının həcminin müəyyən edilməsi, maliyyə hesabatlılığının təsdiqlənməsi, SOCAR-ın mənfəətlərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqlənməsi, qiymətli kağızların buraxılması, xüsusi əhəmiyyətli əqdin bağlanması haqqında qərarlar (SOCAR-ın xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə) həvalə edilir.

Dövlət başçısının digər sərəncamı ilə SOCAR Müşahidə Şurasının 7 nəfərli tərkibi təsdiqlənib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin edilib.

Ekspertlər hesab edir ki, effektiv idarəetmədə əsas şərt şəffaflıq və hesabatlılıqdır.

İqtisad elmləri doktoru Qubad İbadoğlunun qənaətincə, Müşahidə Şurası əsasən birinci vitse-prezidentin (Mehriban Əliyeva) komandasının üzvlərindən təşkil olunub.

“Bu tərkibdə digər maraq qruplarının, o sıradan da vətəndaş cəmiyyətinin təmsilçiləri yoxdur. Halbuki, 1992-ci ildə Müşahidə Şurasında mətbuatın nümayəndəsi də təmsil olunurdu.”

Ekspertin fikrincə, Müşahidə Şurasının yaranması özlüyündə korporativ idarəetmə modelinin təşəkkül tapması üçün vacib institutdur.

“Təbii ki, belə Şura nominal deyil, maraq qruplarının gerçək təmsilçiləri əsasında formalaşdırılır. Görsənir ki, bundan sonra SOCAR-ın yenidən strukturlaşdırılması və səhmləşdirilməsi istiqamətində fəaliyyətlər həyata keçiriləcək. Bunlar SOCAR-a yeni sərmayələr cəlb etmək üçün lazımdır. Bu məqsədlə qazın qiymətinin bahalaşdırılacağı da ehtimal olunur. Əks təqdirdə SOCAR ən tezi 2022, ən geci 2023-də batacaq. Yeganə çıxış yolu idarəetmənin effektlivliyinin, şəffaflığın və hesabatlılığın artırılmasında və səhmləşdirmədədir,” o qeyd edib.

İqtisadçı Natiq Cəfərli bildirib ki, əvvəl SOCAR-ı "İnvestisiya Holdinqinə" daxil edib Rövnəq Abdullayevin (SOCAR-ın prezidenti) səlahiyyətlərini kəsdilər, indi yeni Müşahidə Şurası yaradıb səlahiyyətlərini tam əlindən aldılar.

“Maraqlı cəhət budur ki, "İnvestisiya Holdinqinin" rəhbəri İqtisadiyyat Nazirliyindən çıxıb, əvvəl Təhsil Nazirliyində işləyib, lap əvvəl isə İçəri Şəhər qoruğunda işləyib. Söhbət Mikayıl Cabbarovdan (iqtisadiyyta naziri) deyil, “Investisiya Holdinqi”nin rəhbəri Mətin Eynullayevdən gedir. Amma həyat yolu və karyer pillələri Mikayıl müəllimlə paralel olub. Daha bir maraqlı məqam budur ki, Mikayıl müəllim həm Holdinqin idarə olunmasında iştirak edir, həm də yeni yaranmış Müşahidə Şurasının rəhbəridir - Holdinq qərarların verilməsinə, Şura isə icrasına cavabdehdir. Yəni, qərar verən, həm də nəzarərçi olacaq. Bu yanaşma doğru deyil, söhbət Cabbarovdan getmir - adam kifayət qədər savadlıdır, idarəetmə bacarığı da var, amma prinsip olaraq qərar verənlə, qərarların icrasını yoxlayan eyni insan ola bilməz. Onu da deyim ki, Holdinqin icraçı direktoru Ruslan Əlixanov həm də Muşahidə Şurasının üzvüdür," o qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban yazıb ki, SOCAR mənfəətlə işləyən mürəkkəb strukturlu dövlət şirkətidir.

“Dövlətin marağında deyil onu kiməsə satsın, dövlətin burada baxışı xərcləri optimallaşdırmaq, gəlirləri artırmaq məqsədi üzərində fokuslaşıb,” ekspert belə hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG