Accessibility links

SOCAR AQS və Halliburton birgə müəssisə yaradır


SOCAR AQŞ (SOCAR Abşeron Qazma Şirkəti) “Halliburton” şirkəti ilə Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair anlaşma memorandumu imzalayıb. Bu barədə SOCAR AQŞ məlumat yayıb.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev bildirib ki, Halliburton şirkəti ilə Azərbaycanda birgə əməkdaşlıq etmək və fəaliyyətləri genişləndirmək üçün strateji platformanın əsası qoyulub.

Halliburton şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə baş vitse-prezidenti Əhməd Kenavi isə bildirib ki, SOCAR AQŞ ilə yeni yaradılacaq birgə müəssisə neft sənayesi üçün material və xidmətlərin təchizi üzrə regionun artan tələbatını dünya səviyyəli xidmətlər göstərməklə təmin edə biləcək və bazarda unikal mövqeyə malik olacaq.

Birgə müəssisə Bakı şəhərində yerləşəcək. Müəssisə Azərbaycanda həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək.

Xəzərdə platforma
Xəzərdə platforma

SOCAR AQŞ və Halliburton şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.

SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılmasıdır.

Hazırda SOCAR AQŞ Xəzərdə 4 neft və qaz yatağında, o cümlədən dayazsulu “Günəşli”, “Qərbi Abşeron” və “Bulla” yataqlarında mövcud olan 5 platformada 6 qazma qurğusu vasitəsilə qazma işləri aparır. Müəssisə həmçinin Türkiyədə ‘’Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi’’ layihəsi çərçivəsində qazma işlərini icra edir.

SOCAR AQŞ həmçinin Ukrayna və Banqladeşdə fəaliyyət göstərib.

Şirkətdə 1200 əməkdaş çalışır.

1919-cu ildə qurulan Halliburton şirkəti dünyanın ən böyük neft sənayesi materiallarının və xidmətlərinin tədarükçülərindən biridir. 80-dən çox ölkədə 140 milləti təmsil edən 55 000 işçisi olan şirkət, müştərilərinə karbohidrogenlərin tapılması və geoloji məlumatların idarə edilməsindən tutmuş qazma əməliyyatları, layların qiymətləndirilməsi, quyuların layihələndirilməsi, tamamlanması və hasilatın optimallaşdırılmasına qədər dəyəri artırmağa kömək edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG