Accessibility links

SOCAR bahalı saat haqda nə dedi?


Richard Mille 50-03 McLaren F1 saatı
Richard Mille 50-03 McLaren F1 saatı

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov İbizada oğurlanmış 1,2 milyon avroluq saatın qurumun prezidenti Rövnəq Abdullayevin oğluna məxsus olması haqda yayılan məlumatlı nə təsdiqləyib, nə də təkzib edib.

AzadlıqRadiosuna danışan SOCAR-ın sözçüsü qurumun borcu ilə bağlı tənqid və iradlarla bağlı suallara cavab verib. Ancaq saatla bağlı sualı cavablandırmayıb.

“Mən lazım olan bütün suallara cavab verdim. Bu qədər”, - deməklə İbrahim Əhmədov kifayətlənib.

Jurnalistin “Yayılan məlumatlar həqiqətdir ya yox” sualını cavabsız buraxaraq o, “Sağ olun” deməklə söhbəti bitirib.

Ötən həftə İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1,2 milyon avroluq saatının oğurlanması haqda məlumat yayıldı. Həmin saatın azərbaycanlı məmurlardan birinin oğluna aidolduğu bildirilirdi.

İlkin məlumatlarda saatın sahibinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədovun oğlu, 22 yaşlı Sübhan Məmmədli olduğu deyilsə də, rəsmi qurum elə həmin gün təkzib yaydı.

Sosial mediada onun sahibinin SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev olduğu haqda məlumatlar dolaşmağa başladı.

Məlumatlara əsasən sahildə dostu ilə gəzintiyə çıxan 22 yaşlı gəncə yaxınlaşan oğru onu bir neçə dəfə itələdikdən sonra saatı ələ keçirərək aradan çıxıb.

Oğurlanan Richard Mille 50-03 McLaren F1 saatının dünyada cəmi 75 ədədi mövcuddur.

AzadlıRadiosu

XS
SM
MD
LG