Accessibility links

ARDNŞ-in Vaşinqtonda 12 milyon dollarlıq yeni binası [Video]


Amerikana: ARDNŞ-in Vaşinqtonda 12 milyonluq binası
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Paytaxtın mərkəzində yerləşən tarixi bina 1900-cü ildə inşa olunub

Azərbaycanın bu günədək ABŞ-da aldığı ən böyük daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Şirkətin prezidenti Rövnəq Abdullayev bu yaxınlarda verdiyi müsahibədə ABŞ paytaxtı Vaşinqtonda belə bir bina aldıqlarını təsdiq etmişdi.

1319 18-ci küçə Şimal-Qərb ünvanında yerləşən bina 2012-ci il oktyabr 9-da 12 milyon dollara alınıb. Bina dünya boyu demokratiyanı önə çəkən Freedom House qərargahı ilə üzbəüz yerləşir.

Binanın habelə 14 avtomobillik dayanacağı var. 2010-cu ildə binaya görə illik daşınmaz əmlak vergisi 167,689 dollar ödənilib. Binanın vergisi ödənilən istifadə ərazisi 2158 kvadrat metr təşkil edir.

Bina Vaşinqtonun tarixi rayonlarından sayılan Dupond Dairəsində yerləşir. Dairə ABŞ-ın vətəndaş müharibəsi dövrü məşhur admirallarından Samuel Fransis Du Pondun adını daşıyır. Burada çox saylı səfirliklər və dünyanın tanınmış şirkətlərinin baş ofisləri yerləşir. Rayon habelə yerli sakinlərin sevimli istirahət yerlərindəndir.

Hazırda binada təmir işləri gedir və ehtimal ki, təmir işlərini türklərin sahibi olduğu şirkətlərdən biri həyata keçirir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Vaşinqton ofisi olmamışdan əvvəl bu binada “heldref” nəşriyyat evi fəaliyyət göstərib.

Video görüntüləri Amerikanın Səsinin YouTube kanalından da izləyə bilərsiniz.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG