Accessibility links

Soçi Olimpiadası: Putinin triumfu, yoxsa uğursuzluğu?


Soçi Olimpiadası:Putinin triumfu, yoxsa uğursuzluğu?
please wait

No media source currently available

0:00 0:03:04 0:00
Soçidə Qış Olimpiya Oyunları prezident Vladimir Putin üçün öz nüfuzunu nümayiş etdirmək üçün bir imkan kimi hesab edilirdi. Lakin oyunlar Rusiyanı uzun müddət idarə edən lider üçün böyük sınağa çevrilə bilər.

Soçi Qış Olimpiadası Olimpiya Oyunları tarixində ən baha başa gələn oyunlar olacaq. Olimpiayada xərclənən vəsait 50 milyard dollara çatır. Bu, 2007-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Rusiya seçilən zaman prezident Putinin təxminlərindən dörd dəfə çoxdur.

Transparancy International təşkilatının Rusiya şöbəsinin icraçı direktoru Yelena Panfilovanın bildirdyinə görə, korrupsiya və böyük məbləğdə vəsait xərclənməsi rusların çoxunu narazı salıb: “Korrupsiya nəzarətdən çıxıb.Buraya hətta pul götürməməli, oğurluq etməməli, xüsusilə də sosial xidmətlərə görə qitmətləri artırmamalı olanlar da daxildir. Hətta bu praktikaya son qoymaq tapşırılan adamlar da bu işə davam edri. Belə bir vəziyyətdə Olimpiada əhval-ruhiyyəsini hiss etmək çətindir.”

Rusiya üzrə təhlilçi, professor Mark Qaleottinin sözlərinə görə, bu, əslində belə olmamalı idi: “Rusiya Soçi Olimpiadasını keçirmək üçün müraciət edəndə hər şey Putinin yolu ilə gedirdi. İqtisadiyyat tənəzzül keçirirdi, o özü siyasi cəhətdən əlçatmaz idi. Amma bununla belə, Soçi yeni Rusiya üçün böyük bir təntənəli tədbirə çevrilməli idi. Bu, bütün dünyaya Rusiyanın belə bir tədbirə pul xərcləmək üçün kifayət qədər zəngin olduğunu və yaxşı təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirməli idi.”

akin keçən il iqtisadi artım 1,3 faiz enib. Prezident Putin iki il bundan əvvəl yenidən seçiləndə artım vəd etmişdi. Rusların çoxu indi sorğularda onun yenidən seçilməsini istəmədiyini deyir. Avtoritar lider adlandırılan prezident Putin siyasi rəqibi olan Mixail Xodorkovskini dekabr ayında həbsdən azad edib.

Mixail Xodorkovski: “Bizim qanunlarımız , insanlar səs versə, prezident Putinin növbəti 10 il hakimiyyətdə qalmasına imkan verir. Mən özüm oxumuşam ki, bu yaxınlarda ondan ömürlük prezident olmasına inanıb-inanmadığını soruşublar. O, aydın bir şəkildə “yox” cavabını verib. Ümid edirəm ki, o, fikrini dəyişməyəcək.”

Lakin Xodorkovskinin azad edilməsi Qərbin cənab Putinə münasibətini dəyişməyib. Xaricdə Olimpiadaya bilet satışları zəifdir. Xaricilər təhlükəsizliklə bağlı narahatlıqlar, yüksək qiymətlər və Rusiyada homoseksuallara qarşı qanunları qeyd edir.

Keçən həftə Avropa İttifaqının liderləri cənab Putinlə iki gün planlaşdırılmış görüşü cəmi iki saat çəkib. Birləşmiş Ştatlar, Fransa və Britaniyanın liderləri Soçi Olimpiadasına gəlməyəcək. Lakin prezident Putin mənfi əhval-ruhiyyənin açılış günü atəşfişanlıqlarla unudulacağına ümid edir.
XS
SM
MD
LG