Accessibility links

Söhbət smartfonlardan gedir


Söhbət smartfonlardan gedir
Söhbət smartfonlardan gedir

Onlara müxtəlif ləqəblər verilir. Onlar siz haqda valideynlərinizdən də çox bilir. Onlar sizə o qədər əzizdir ki, bir anlıq ayrılıq belə çəkilməz olur.

Yəqin söhbətin smartfonlardan getdiyini başa düşdünüz. Onların sahiblərini söhbətlər və yazışmalarının izlənməsi qorxudur. Psixoloqları isə insanların cihazlardan artmaqda olan asılılığı narahat edir. Belə ki, onlara canlı insanlardan daha artıq diqqət yetirilir.

“İlk smartfon aldıqda ona artıq telefon münasibəti göstərilmir. Onlara adlar qoyulur. Hətta geyim alınır”-deyə Associated Press-ə müsahibəsi zamanı Florida universitetindən psixoloq Liza Merlo bildirib.
Smartfonlardan asılı insanlar bu çoxfunksiyalı cihaz naminə mp3 pleyerlər, foto-aparatlar, kart və telefon kitabçalarından əl çəkir. Istehsalçılar smartfonlarda insanlar üçün saysız imkanlar yaradıb. Ürək döyüntüsündən tutmuş, ünvana qədər, nə istəsəniz bu cihaz sizi onunla təmin edir.

Verdiyi rahatlıqla yanaşı müasir cihazlar faciəvi nəticələrə də gətirib çıxarır. Sükan arxasında CMC yazarkən qəzaya uğramaq kimi.

XS
SM
MD
LG