Accessibility links

Zvonimir Soldo Traktor futbol komandasının baş məşqçisi olub


Zvonimir Soldo Traktor futbol komandasının baş məşqçisi olub.

Yayılan məlumata görə, keçmişdə Köln, Zaqreb Dinamo və Avstriyanın Admira Vakker komandalarının məşqçisi olan Zvonimir Soldo İran Azərbaycanında populyar Traktor komandasının yeni baş məşqçisi olaraq təyin edilib.

Zvonimir Soldo Təbrizdə Traktor komandası ilə rəsmi bir müqavilə imzalamaqla Firuz Kəriminin yerinə bu komandanın 2 illik baş məşqçisi olaraq təyin edilib.

Soldo Fabian Komijonoviçi də köməkçisi kimi Təbrizə gətirib.

Zvonimir Soldo 2010-2017-ci illər arasında heç bir komandaya rəhbərlik etməyib.

Traktor komandası ötən ilin dekabr ayında Asiya Futbol Konfederasiyasının rəsmi saytında yerləşdirilən sorğu nəticəsində Asiyanın ən populyar komandası seçilmişdi.

Keçən aylarda Traktor futbol klubunun maliyyə problemlərindən dolayı borclarının ödənilməməsi, yeni futbolçuların cəlb olunmaması və əvvəlki oyunçuların komandadan ayrılması azarkeşlərin etirazına səbəb olmuşdu.

XS
SM
MD
LG