Accessibility links

Solmaz Rüstəmova-Tohidi: Xalq öz dövlət qurucusuna qiymət verməlidir


Solmaz Rüstəmova-Tohidi

“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüs qrupunun rəhbərinin Amerikanın Səsinə müsahibəsi

“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüs qrupunun rəhbəri, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi Amerikanın Səsinə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin xatirəsinin əbədiləşdirilcəyinə ümid edir. Bu gün Bakıda “Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” mövzusunda beynəlxalq konfrans keçirilib. Yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu gündür. O 136 il əvvəl, 1884-cü il yanvarın 31-də Bakıda anadan olub. 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olu​b. ​

Amerikanın Səsi: “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüs qrupu Rəsulzadənin ev muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edib. Hökumətin reaksiyası necədir?

Dövlətdən xəbər gözləmək, dəstək gözləmək üçün cəmiyyət öz iradəsini ortaya qoymalıdır.

Solmaz Rüstəmova-Tohidi: Biz hələ hökumətə rəsmi müraciət etməmişik. Ona görə də hələ o reaksiyanı gözləmirik. Amma, belə düşünürük ki, hökumət bizim bu təşəbbüsümüzdə və bu niyyətimizdə, bu tədbirimizdə nə dərəcədə ardıcıl olduğumuzu, nə qədər qətiyyətli olduğumuzu gözləyir. Biz də o amalımızın, o niyyətimizin, o məqsədimizin kifayət qədər ciddi olduğu və onun yerinə yetiriləcəyinə inandığımız üçün, əmin olduğumuz üçün və bu arzumuzun rerallaşdırılmasında hökumətimizə, dövlətimizə, dövlət başçısına, birinci vitse-prezidentin dəstəyinə əmin oldğumuz üçün çox sakitliklə, çox rahatlıqla öz tədbirlərimizi həyata keçiririk. Bu gün bizim üçün çox xoşbəxt gündür. Çünki ilk dəfədir ki, biz ictimai qrup olaraq çox geniş bir formatda beynəlxalq elmi-konfrans və Rəsulzadənin doğum güünü münasibəti ilə keçirilən bir toplumda yığışırıq. Hesab edirik ki, dövlətdən xəbər gözləmək, dəstək gözləmək üçün cəmiyyət öz iradəsini ortaya qoymalıdır. O vaxt ki, dövlət, hökumət inanacaq ki, bu iradə ortadaır və tam qətiyyətlidir, təbii ki, reaksiya da olacaq. Biz bu reaksiyanın müsbət olacağına inanırıq.

Solmaz Rüstəmova-Tohidi: Xalq öz dövlət qurucusuna qiymət verməlidir
please wait

No media source currently available

0:00 0:04:38 0:00

Amerikanın Səsi:Təşəbbüs qrupunun üzvlərinin əsas məqsədi nədir? Məqsədlərinizə nail olacağınıza inanırsınızmı?

Solmaz Rüstəmova-Tohidi: Əsas məqsədimiz, adımızdan da göründüyü kimi, Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində, Nizami küçəsi 65 ünvanında, yəni həbsinə və məcburən vətəni tərk edənədək yaşadığı ünvanda onun xatirəsinin əbədiləşdirilməsi, onun azadlıq yolunda qurban verdiyi ailəsinin xatirəsinin əbədiləşdirilməsi üçün ev muzeyinin açılmasıdır. Kifayət qədər əminik. Biz beş nəfər olaraq təşəbbüs qrupu kimi ayağa qalxdıq. İki həftədən sonra 101 nəfər olduq. Bir aydan sonra sayımız minlərlə oldu. Bu gün də özünüz görürsünüz ki, möhtəşəm bir zalda tədbir keçirirk. Təbii ki, ev muzeyinin açılacağına əminik.

Məhəmməd Əmin Rəsulzadə irsi mövzusunda beynəlxalq konfrans
Məhəmməd Əmin Rəsulzadə irsi mövzusunda beynəlxalq konfrans

Amerikanın Səsi: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin layiqincə əbədiləşdirilməməsinin səbəbləri nədir?

Öz böyüyünə, öz dövlət qurucusuna ilk növbədə kim qiymət verməlidir? Xalq qiymət verməlidir. Cəmiyyət qiymət verməlidir.


Solmaz Rüstəmova-Tohidi: Yəqin ki, bunun çox müxtəlif səbəbləri var. Amma, mən bir ziyalı olaraq ilk növbədə özümüzü qınayıram. Bizim Azərbaycan ziyalılarını və Azərbaycan cəmiyyətini qınayıram. Öz böyüyünə, öz dövlət qurucusuna ilk növbədə kim qiymət verməlidir? Xalq qiymət verməlidir. Cəmiyyət qiymət verməlidir. Biz nə etdik ki, dövlət onu yerinə yetirməsin. Hər şeyi dövlətdən gözləmək də düzgün deyil. Bax, biz o zaman ki, cəmiyyətin məsuliyyətini göz önünə gətirdik, ayağa qalxdıq, bu təşəbbüsü irəli sürmüşük, bunun rellaşacağına da axıra qədər gedəcəyik.

Məhəmməd Əmin Rəsulzadə irsi mövzusunda beynəlxalq konfrans
Məhəmməd Əmin Rəsulzadə irsi mövzusunda beynəlxalq konfrans

Amerikanın Səsi: Azərbaycanda Xalq Cümhuriyyəti dövründə dövlətin idarə edilməsi ideologiyası hazırda prioritet sayılırmı?

Solmaz Rüstəmova-Tohidi: Əlbəttə sayılır. Əvvəla biz öz dövlətçiliyimizi, üçüncü Azərbaycan Respublikasını bərpa etmişik. Rəsmən də konstitusiyamızda biz cümhuriyyətin dövlət olaraq varisi kimi özümüzü elan emişik. O dövlətin himnini, bayrağını qəbul etmişik. O dövlətin verdiyi dəyərləri qəbul etmişik. Bizim bu günki beynəlxalq konfransın adına, mövzusuna baxın, - “Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində”. Təbii ki, bu dəyərlərin gündəliyə gəlməsi, onların daha geniş mənada, daha dərindən həyata keçirilməsi bizim Azərbaycan dövlətinin prioritet məsələsi olmaldır. Yəni məqsədimiz də budur.

XS
SM
MD
LG