Accessibility links

Zübeyr Əl-Mühacir Əl-Şəbabı tərk edib


Somalinin yaraqlı qrupu Əl-Şəbabın yüksək səviyyəli xarici döyüşçülərdən biri fərarilik etdiyini və hazırda Somali hökuməti ilə birlikdə Moqadişuda olduğunu bildirib.

Londondan 2006-cı ildə gələn Zubeyr Əl-Mühacir qupa qoşulub və getdikcə yüksələrək, Əl-Şəbabın "Dini Alimlər Şurası"nın üzvü olub.

Əslən Fil Dişi Sahilindən olan Əl-Mühacir Amerikanın Səsinin Somali üzrə proqramına 2013-cü ildə qrupun Əmniyət qüvvələrinin onu həbs edib, üç il həbsdə saxladığı üçün Əl-Şəbabla münasibətinin pozulduğunu deyib.

"Mən Əl-Şəbabın sıralarından müsəlmanlara və dünyaya yalan danışdığı üçün çıxdım. Onlar şəriəti (İslam qanunlarını) tətbiq etdiklərini iddia edir, lakin bu doğru deyil, çünki mən onların şəriətə qarşı getdiklərinin şahidi olmuşam” -deyə, Zubeyr Əl-Mühacir bildirib.

O deyir ki, qrup şəriətdən yalnız "xalqa xəyanət etmək, onları aldatmaq və yalan danışmaq" üçün istifadə edir.

"Onların hərəkətləri şəriətə tamamilə ziddir, onlar günahsız insanları öldürür və xalqa yalan danışır", o söyləyir.

Zübeyr Əl-Mühacirin şəxsiyyəti və fərariliyi barədə məlumatlar Somali rəsmiləri və bundan əvvəl Əl-Şəbabdan qaçan insanlar vasitəsi ilə təsdiqlənib.

XS
SM
MD
LG