Accessibility links

Somalidə 48 saat ərzində 110 nəfər aclıq və xəstəlik səbəbi ilə həyatını itirib


Somalili iki ana 9 və 6 aylıq körpələrlə Moqadişuda yardım mərkəzində
Somalili iki ana 9 və 6 aylıq körpələrlə Moqadişuda yardım mərkəzində

Somalinin yeni baş naziri son iki gün ərzində ölkədə quraqlıq nəticəsində əksəriyyəti qadınlar və uşaqlar olmaqla su vasitəsilə yoluxan xəstəliklər səbəbilə həyatını itirdiyini bildirb.

Şənbə günü Moqadişuda keçirilən mətbuat konfransında danışan Həsən Əli Xayre aylardır sürən quraqlıq nəticəsində ölənlərin sayına dair ilk rəsmi məlumatları verib.

"Mənə bu gün verilən məlumata görə, Somalidə, əsas etibarilə Bay və Bakol regionlarında son 48 saat ərzində 110-dan çox insan həyatını itirib"-deyə Xayre bildirib.

O, somalililəri və beynəlxalq ictimaiyyəti insanların həyatının xilas edilməsi üçün birgə işə çağırıb.

Beynəlxalq Miqrasiya Təşkilatı Somalidə quraqlığın təsirinə məruz qalmış yüz minlərlə insanın həyatını xilas etmək məqsədilə 24.6 milyon dolların ayrılmasına çağırıb. Humanitar yardım agentlikləri Somalidə indiki vəziyyəti 2011-ci ildə 250 mindən çox insanın həyatını itirdiyi aclıq dövrü ilə müqayisə edir.

Yeri sakinlər ölkənin cənub-qərb bölgələrində yerləşən Bay və Bakol regionlarının bəzi hissələrində ishal epidemiyası ilə bağlı məlumat verib. Bir kənddə 60 adamın xəstəlik nəticəsində öldüyü deyilir.

"İshal və bəzi hallarda qızılca insanları, əsasən aclıqdan zəifləmiş uşaqları əldən salır"-deyə Bay regionundakı Ou-diinle kəndinin başçısı Abdullahi Ömər Məhəmməd mediaya bildirib.

Məcburi köçkün olan qadınlar və uşaqlar qaçqın düşərgəsində
Məcburi köçkün olan qadınlar və uşaqlar qaçqın düşərgəsində

"Ölüm şəhəri"

Bay regionunun vilayət mərkəzi olan Baidoa "ölüm şəhəri" adlanır. Bu şəhər 1992-ci ildə aclıq nəticəsində yüz minlərlə insanın ölümülə yadda qalır. Şəhər həm də ABŞ-ın Afrikada humanitar səylərinin əsas mərkəzi kimi tanınır. Bu humanitar səylər Amerika əsgərlərinin cəsədlərinin Moqadişu küçələri ilə sürüklənməsi və Birləşmiş Ştatların hərbi qüvvələrinin helikopterinin vurulmasından sonra dayandırılaraq, ABŞ-ın Afrika ilə bağlı siyasətinin dəyişməsi ilə nəticələnmişdir.

Somalinin şimal-qərbdə yerləşən Somalilend regionunda səhiyyə rəsmiləri quraqlıq nəticəsində xəstəlik və aclıq səbəbi ilə yeddi nəfərin öldüyünü bildirib.

Ölüm halları və xəstəliklərin yayılması haqda xəbərlər humanitar böhranın və Somalidə quraqlıq və münaqişə nticəsində yaranmış aclıq probleminin həllinə çalışan yardım işçiləri arasında həyəcan doğurub.

BMT-yə əsasən, Somalidə münaqişə ölkə əhalisinin yarıdan çoxu-6.2 milyon insanı təhlükə qarşısında qoyur. Quraqlıq əsasən ölkənin şimal bölgələrini əhatə edir. Keçən il yağıntı səviyyəsinin aşağı olması nəticəsində əkin sahələri quruyub və mal-qaranın sayı kəskin azalıb.

Minlərlə insan son aylar ərzaq və sığınacaq tapmaq məqsədilə məcburi köçkünlər üçün yaradılmış izdihamlı düşərgələrə üz tutur. Lakin çoxları hələ də Əl-Şəbəb qrupunun nəzarətində olan şəhərlər və yardım agentliklərinin təhlükəsizliklə əlaqədar vəziyyətə görə məhdud giriş imkanı olduğu ucqar ərazilərdə qalır.

Somali prezidenti Məhəmməd Abdullahi Farmayo bu həftənin əvvəli quraqlıq və ərzaq çatışmazlığı problemi ilə qarşılaşmış ölkədə fəlakət vəziyyəti elan edib.

XS
SM
MD
LG