Accessibility links

Somalidə hərbi bazaya hücum nəticəsində 50-yə yaxın insan öldürülüb


Somalidə Əl-Şabab qrupunun Puntland ştatındakı hərbi bazaya hücumu nəticəsində 50-yə yaxın insan öldürülüb. Onlardan 3-ü nəfəri yüksək rütbəli zabitlərdir.

Ağır silahlanmış ekstremistlər hücum zamanı qadınlar da daxil olmaqla, insanların başını kəsib. Onlarla insan xəsarət alıb.

Bu, regionda son illərin ən ağır hücumu hesab edilir. Əl-Qaidə ilə bağlılığı olan Əl-Şababın sıralarına İslam Dövləti yaraqlılarının qoşulması təhlükəsizlik qüvvələrinə böyük problem yaradıb.

Əf-Urar bazasına girməzdən əvvəl ekstremistlər əsgərləri qətlə yetirib.

Rəsmilərin ölənlərin sayının dəqiq olmadığını bildirir.

Yüksək rütbəli ordu rəsmisi Associated Press-ə bildirib ki, hadisə yerinə qüvvələr göndərilib və onlar bazanı 100-ə yaxın yaraqlıdan təmizləyib.

Əl-Şəbab hücum zamanı 61 əsgərin öldürüldüyünü iddia edir. Qrup bundan əlavə çoxsaylı silah və hərbi avadanlıq, habelə onlarla zirehli maşının ələ keçirildiyini bildirib.

XS
SM
MD
LG