Accessibility links

Somalinin paytaxtında bomba partlayışı 5 nəfərin həyatına son qoyub


Somalinin paytaxtında bomba partlayışı nəticəsində 5 nəfər həyatını itirib. Moqadişu restoranı yaxınlağınada baş verən partlayış 9 nəfərin yaralanmasına səbəb olub.

Ölənlər haqda məlumatı təhlükəsizlik işçiləri və Daslam restoranının sahibi verib.

Restoran sahibi Amerikanın Səsinə bildirib ki, partlayışa səbəb yaxınlıqdakı maşındakı qurğunun işə düşməsi ilə baş verib.

Bu restoranın müştəriləri prezident sarayının təhlükəsizlikk keçidlərinə nəzarət edən əsgərlərdir.

"Bəziləri ağır vəziyyətdə olmaqla 9 yaralını xəstəxanalara yerləşdirdik “- deyə, şəhərin təcili yardım xidməti Amin Ambulans bildirib

Hücumun məsuliyyətini Əl-Şəbab qrupu üzərinə götürüb və azı 6 hökumət əsgərinin öldürüldüyünü iddia edib.

Hücum iki intiharçı hücumundan bir həftə sonraya təsadüf edir. Həmin hücumlarda 30 adam ölüb, 140 nəfər yaralanmışdı.

XS
SM
MD
LG