Accessibility links

Somalinin paytaxtında bomba yerləşdirilmiş avtomobil partladılıb


Somalinin paytaxtında intiharçı hücumçunun avtomobili partlaması nəticəsində azı 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Avtomobil Moqadişunun ən işlək küçəsi olan Maka Əl-Mukarama yolunda partladılıb.

Hadisə yerinə gedən Amerikanın Səsinin müxbiri bildirib ki, bomba partlayışından sonra təhlükəsizlik orqanları tərəfindən yollarda axtarış əməliyyatları başladılıb. Bu səbəbdən də uzun tıxaclar yaranıb.

Verilən məlumata görə, ölənlərin əksəriyyəti yolun qarşısındakı ticarət mərkəzindən çıxan müştərilər olub.

Adının açıqlanmasını istəməyən təhlükəsizlik xidmətinin işçisinin bildirdiyinə görə, hücumda istifadə edilmiş avtomobilin son dayanacağının millət vəkillərinin konstitusiya ilə bağlı müzakirələr keçirdiyi parlament binası olduğuna inanılır.

XS
SM
MD
LG