Accessibility links

Əl-Şabab terror hucumlarını davam etdirir


Somalinin paytaxtı Moqadişuda prezident iqamətgahının yoxlanış məntəqəsi yaxınlığında həyata keçirilən bomba hücumu azı 5 nəfərin ölümünə, 11 nəfərin yaralanmasına səbəb olub.

Regional hökumət sözçüsünün bildirdiyinə görə, avtomobilə yerləşdirilmiş bomba Somali Milli Teatrının qarşısında partladılıb və ölənlərdən üçü əsgər olub.

Hücumun məsuliyyətini Əl-Şabab islamçı yaraqlıları öz üzərinə götürüb. Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şabab qrupu hökumət rəsmilərinin toplaşdığı mehmanxanalar və restoranlar da daxil edilməklə, Moqadişuda çoxsaylı bomba və silahlı hücumlar həyata keçirir.

Somali və Afrika Birliyi hərbi qüvvələri tərəfindən geri oturulmasına baxmayaraq, terrorçu Əl-Şabab qrupu yeni prezident Məhəmməd Abdulla Məhəmməd üçün ən böyük problemlərdən biridir.

Prezident Məhəmmədi kafir adlandıran qrup somaliləri onu dəstəkləməməyə çağırır.

XS
SM
MD
LG