Accessibility links

Somalinin paytaxtında bomba hücumu olub


Keçən gecə Somalinin paytaxtı Moqadişudakı təkər mağazasının yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması azı üç nəfərin ölümünə, dördünün isə yaralanmasına səbəb olub.

Amerikanın Səsinin əldə etdiyi məlumatda ölənlər arasında Əl-Şabab qrupunun üzvü olmaqda şübhələnilən avtomobilin sürücüsünün də olduğu deyilir.

Moqadişuda partlayışın baş verdiyi yerin yaxınlığında yerləşən Dalsan radiostansiyasının jurnalistinin dediyinə görə, güclü partlayışdan sonra yanğın baş verıb.

Şəhərin Media Hospitalının həkimləri dörd nəfər yaralının xəstəxanaya gətirildiyi barədə xəbəri təsdiq edib. Lakin hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG