Accessibility links

Somalidə otelə hücum: 33 ölü


Somalidə rəsmilər bildirir ki, cümə günü ölkənin cənubunda yerləşən liman şəhəri Kismayoda otelə hücum zamanı ölənlərin sayı 33-ə çatıb.

Cubbaland regional administrasiyanın prezidenti Madobe adı ilə tanınan Əhməd Məhəmməd İslan deyib ki, 56 nəfər xəsarət alıb.

Madobe deyib ki, “hücumda ölənlər arasında iki jurnalist, qarşıdan gələn reginal seçkilərdə prezidentliyə namizəd və BMT agentliyinin işçisi olub”.Bundan əlavə o, ölənlər arasında “kenyalılar, amerikalılar, bir britaniyali, tanzaniyalılar və bir kanadalının” olduğunu qeyd edib.

Bu hücum onu göstərir ki, Somali xalqının düşmənləri harada olduqlarından asılı olmayaraq mülki vətəndaşları hədəf almağa hazırdırlar.
Məhəmməd Abdullahi Farmaco

Kismayonun təhlükəsizlik rəsmiləri Amerikanın Səsinə deyib ki, hücumu edən azı dörd militant təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Somali Jurnalistlə Federasiyasının baş katibi Məhəmməd İbrahim Moalimuu deyib ki, hücumda ölən iki jurnalistdən biri Integration TV adlı onlayn xidmətin təsisçisi 43 yaşlı somalili-kanadalı Hodan Naleyeh olub.

Digər jurnalist Məhəmməd Sahal Ömər isə şəhərde yerli SBC TV kanalının müxbiri olub.

BMT-nin baş katibi Antonio Quterreş hücumu qınayıb. Bu barədə cümə günü onun sözçüsü xəbər veryb.

Somalinin prezidenti Məhəmməd Abdullahi Farmaco hücumu “terrorçuları Somali xalqına qarşı ən pis və qorxaq hücumlardan biri”olaraq təsvir edib.

“Bu hücum onu göstərir ki, Somali xalqının düşmənləri harada olduqlarından asılı olmayaraq mülki vətəndaşları hədəf almağa hazırdırlar”, prezident deyib.

Hücum cümə günü axşam partlayıcılarla dolu maşının Asasey Otelinin girişinin önündə partlaması ilə başlayıb. Daha sonra militantlar işəriyə daxil olaraq atəş açmağa başlayıb.

Hücum zamanı oteldə regional siyasətçilərlə klan ağsaqqalları qarşıdan gələn seçkini müzakirə edib.

Kismayo, Somali
Kismayo, Somali

Təhlükəsizlik qüvvələrinin militantları küncə sıxışdıraraq otelin mühasirəsinə son qoymaları yeddi saat çəkib.

İslamçı qrup əl-Şəbab hücumun məsuliyyətini üzərinə götürüb.

Əl-Şəbab tez-tez paytaxt Moqadişu və Somalinin digər hissələrində hökümət, ordu və mülki hədəflərə qarşı bomba hücumları həyata keçirir.

Moqadişudan 485 kilometr uzaqlıqda yerləşən Kismayoda baş verən hücum regionda seçkilərə hazırlıq ərəfəsinə təsadüf edib. Liman şəhəri bir zamanlar Əl-Şəbab militantlarının əsas istinadgahı kimi fəaliyyət göstərirdi.

XS
SM
MD
LG