Accessibility links

Somalidə prezident sarayının yaxınlığında partlayış baş verib


Somali rəsmilərinin bildirdiyinə görə, şənbə günü Moqadişudakı prezident sarayının yaxınlığındakı iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.

Benadir rayonunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Muxtar Dhaqa-kadde yaralıların sayının 54 olduğunu bildirib.

Şənbə günü baş verən partlayışların biri milli teatr yaxınlığındakı prezident sarayının təhlükəsizlik postunu hədəf alıb. İkinci partlayış da oraya yaxın ərazidə baş verib.

Əl-Şabab döyüşçüləri
Əl-Şabab döyüşçüləri

Hər iki partlayışa görə məsuliyyəti öz üzərinə Əl-Şabab terror təşkilatı götürüb.

Birinci partlayış nəticəsində ölənlərin arasında məşhur somalili jurnalist, Londonda yerləşən Universal TV-nin “Dood Wadaag” verlişinin aparıcısı Avil Dahir Salad da olub.

XS
SM
MD
LG