Accessibility links

Somalidə Türkiyə şirkətinin inşaat ərazisinə intiharçı hücumu olub


Somalia
Somalia

Şənbə günü intiharçı bomba hücumçusunun maşınını Somalinin paytaxtı Moqadişu yaxınlığında inşaat ərazisə sürməsi nəticəsində bir Türkiyə vətəndaşı daxil olmaqda azı dörd nəfər ölüb, bir neçə insan yaralanıb.

Şahidin bildirdiyinə görə, partlayış Moqadişu ilə Afqoye şəhəri arasındakı yolda yerləşən Lafol kəndi yaxınlığında Türkiyə şirkətinin inşaat ərasizində baş verib.

“Maşın idarə edən intiharçı Türkiyə şirkətinin inşaat ərazisinə doğru irəlilədi və oradakı baryerə çırpıldı. Ərazini mühafizə edən Somalinin təhlükəsizlik qüvvələri atəş açdı, daha sonra isə maşın partladı,” bir şahid adının anonim qalması şərtilə Amerikanın Səsinə bildirib.

Hökumətin sözçüsü Məhəmməd İbrahim Moalimuu hücumun olduğunu təsdiq edib.

“Hücum zamanı Somali hökumətinin üç əsgəri və iki Türkiyə vətəndaşı həlak olub,” Somalinin baş naziri Məhəmməd Roblun ofisinin yaydığı bəyanatda bildirilir.

“Yol tikintisinin hədəf alınması terrorçu əl Şəbab qrupunun Somali qarşına və onların ümid etdikləri inkişada qarşı növbəti qəddarlıq aktıdır,” bəyanatda qeyd olunur.

“Bu cür hücumlar bizi ölkəmiz və xalqımıza faydası olan inkişaf layihələrini davam etdirməyimizin qarşısını almayacaq,” Somalinin baş naziri deyib.

Türkiyə xarici işlər nazirinin Twitter-də paylaştığı açıqlamada bildirilir ki, hücumda dörd nəfər, o cümlədən bir Türkiyə vətəndaşı həyatını itirib, dörd Türkiyə vətəndaşı yaralanıb.

Şənbə günü baş verən intiharçı hücum ABŞ dronunun Somalinin Aşağı Şabel regionunda əl-Şəbaba məxsus Andalus Radiosunun binasını hədəf almasında bir neçə saat sonraya təsadüf edib.

Əl-Şəbab tərəfdarı vebsaytlar ordu rəsmiləri isinadən yazıblar ki, radionun binasının yaxınlığındakı evə dörd raket atılıb.

ABŞ-ın Afrika Komandanlığı Yeni il günündə militantların iki kompleksini hədəf alan iki hava hücumu həyata keçirdiyini və ilkin dəyərləndirməsinə əsasən heç bir mülki vətəndaşın ölmədiyin və xəsarət almadığını göstərdiyini bildirib.

XS
SM
MD
LG