Accessibility links

Somalidə girov götürülən yardım işçiləri azad edilib


Somalidə girov götürülən yardım işçiləri azad edilib
Somalidə girov götürülən yardım işçiləri azad edilib

Birləşmiş Ştatlar hərbi qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Somalidə girov götürülmüş iki yadım işçisi azad edilib. Yardım işçiləri - amerikalı qadın Cessika Byukanan və danimarkalı Pol Haqen Tisted silahlı şəxslər tərəfindən üç ay bundan əvvəl oğurlanmışdılar.

Bu gün açıqladığı bəyanatda prezident Barak Obama ABŞ həbiçilərinin bir neçə saat bundan əvvəl girovların azad edilməsi üçün keçirdiyi əməliyyatı yüksək qiymətləndirib.

Tisted və Byukanan Afrika və Yaxın Şərq bölgələrində mina və digər partlayıcı maddələrin təmizlənməsi ilə məşğul olan Danimarka şirkətində çalışırdılar. Onlar oktyabr ayında Somalinin mərkəzi Qalkayo şəhərində oğurlanmışdılar.

XS
SM
MD
LG