Somalidə əl-Qaida ilə bağlı əl-Şabab militant qrupunun üzvləri Somali hökuməti üçün casusluq etməkdə ittiham olunan iki qız uşağını edam ediblər. Silahlı şəxslər Beledeveyne qəsəbəsində bir neçə yüz sakinin gözü qarşısında qızları güllələyiblər. Əl-Şababı təmsil edən hakim qızların ötən həftə Somali hökumətinə casusluq edərkən həbs olunduğunu bildirib. Militant qrup artıq bir müddətdir ki, Somalini sərt İslam dövlətinə çevirmək istəyir. Hökmranlıq etdiyi yerlərdə əl-Şabab şəriət qanunları tətbiq edir.
Somalidə iki qız ictimaiyyət qarşısında edam olunub
![Somalidə hökumət qüvvələri zəifdir və ölkəyə tam nəzarət etmir](https://gdb.voanews.com/3d7a59ba-3621-4103-b2f5-4a16e3f3101a_w250_r1_s.jpg)