Somalinin paytaxtı Moqadİşu şəhərindəki polis təlim mərkəzinə intiharçı bomba hücumu nəticəsində bir neçə adam həyatını itirib.
Militant islamçı qrup olan Əl-Şəbab hücumun məsuliyyətini öz üzərinə götürüb.
Birləşmiş Millətlər Təşkilatının Somalidə 20 ay ərzində hazırladığı bəyanatda bildirilir ki, Əl-Şəbab qrupu mülki şəxsləri hədəf almağı davam etdirir.
“Hesabatın əhatə etdiyi 20 aylıq dövr ərzində bütün sivil itkilərin 60 faizi Əl-Şəbabın fəaliyyəti nəticəsində olub. Onlar münaqişələr zamanı ən çox dinc əhalinin ölümünə səbəb olan terror qruplarındandır. Əl-Şəbabın səbəb olduğu hadisələrin 79 faizi improvizasiya edilmiş bomba qurğuların və ya yollarda avtomobillərin partladılması nəticəsində baş verir” - deyə, BMT baş katibinin xüsusi nümayəndəsi Maykl Ketinq bildirib.
Əl-Şəbab terror qruplaşması Somalidə çevriliş edərək höküməti devirib, əvəzində sərt İslam qaydalarına müvafiq dövlət qurmaq istəyir.