Accessibility links

Somalili amerikalılar zorakılığa qarşı çıxır [Video]


Somalili amerikalılar zorakılığa qarşı çıxır
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Ohayo Universitetinin tələbəsinin maşını insanların üzərinə sürüb, daha sonra onları bıçaqlamasından həftələr sonra icma üzvləri 2014–cü ildə ailə ilə birlikdə Amerikaya yerləşən somalili qaçqın olan hücumçunun belə bir zorakı hərəkəti hansı məqsədlə həyata keçirdiyini başa düşməyə çalışır. Bu hadisədən ən çox təsirlənən də Ohayo ştatının Kolumbus şəhərinin müsəlman icması olub. Bu insanlar özlərini bu hücumçudan uzaqlaşdırmağa çalışır.

Biz elə bir dünyada yaşayırıq ki, islam təəssüf ki, iki ekstremal radikal qrupla xarakterizə edilir: biri İŞİD və ona bənzərləri, bir də sağçı islamofoblar.
Horsed Noah

Ohayo univesitetində hər şey tədricən normal vəziyyətə qayıdır.

Ötən ay burada Ədbul Razak Əli Artan maşınını piyadaların üstünə sürüb, daha sonra isə maşından enərək insanları bıçaqlamışdı. Qurbanların hamısı sağalıb, amma polis Artanı hadisə yerində güllələyib öldürüb.

Artan 2014-cü ildə ailəsi ilə birlikdə ABŞ-a Somalidən qaçqın olaraq köçmüşdü. O, ölkənin ən böyük universitetlərindən biri olan Ohayo Universitetinə transfer olmadan öncə yerli ictimai kolleci fərqlənmə ilə bitirmişdi.

O həm də müsəlman idi.

“Biz elə bir dünyada yaşayırıq ki, islam təəssüf ki, iki ekstremal radikal qrupla xarakterizə edilir: biri İŞİD və ona bənzərləri, bir də sağçı islamofoblar”, deyə Əbubəkr Əssidiq məscidindən Horsed Noah bildirir.

“Mən 25 ildir bu ölkədəyəm. Biz amerikalıyıq, amma eyni zamanda müsəlmanıq. Bizi başqa planetdən gələn insan kimi görməməlidirlər. Biz yadplanetli deyilik. Biz bu ölkənin vətəndaşıyıq,” deyə məsciddən Mohamud Məhəmməd Əhməd bildirir.

Əbdul Razak Artan
Əbdul Razak Artan

Robert Fitrakis Artanın ailəsinin vəkildir.

“Donald Trampın bəyanatları qorxu hissi yaradıb. Onlar qorxur və hətta kamera qarşısına çıxmaqdan belə çəkinirlər,” deyə o bildirir.

Biz hüquq-mühafizə orqanları ilə işləməyə hazırıq. Biz yerli hökümətimiz, merimiz, hər kəslə işləməyə könüllüyük və bu icmanın bu ölkəyə təhlükə yaratmayacağını təmin etmək istəyirik.
Həsən Ömər Dere

Somali İcması Assosiasiyasında Həsən Ömər Dere ölkənin təhlükəsizliyini qorumaq üçün dəstəyini vəd edib.

“Biz hüquq-mühafizə orqanları ilə işləməyə hazırıq. Biz yerli hökümətimiz, merimiz, hər kəslə işləməyə könüllüyük və bu icmanın bu ölkəyə təhlükə yaratmayacağını təmin etmək istəyirik.”

Baxmayaraq ki, Kolumbus Birləşmiş Ştatlarda ən böyük somali əhalisi olan ikinci şəhərdir, hadisədən öncə Artan ictimai yerlərdə namaz qılanda özünü təhlükəsiz hiss etmədiyini demişdi. Artanın ailəsinin evinin yanında yerləşən məscidin rəsmiləri onun çox tanınmadığını desə də, onlar insanların bütün icmanı bir gəncin hərəkətlərinə görə mühakimə edəcəyindən narahatdır.

XS
SM
MD
LG