Accessibility links

Son illər amerikalı müsəlmanların nikbinliyi artıb


Son illər amerikalı müsəlmanların nikbinliyi artıb
Son illər amerikalı müsəlmanların nikbinliyi artıb

Gallup sorğu təşkilatının bildirdiyinə görə, son illər amerikalı müsəlmanların nikbinliyi artıb. Lakin onların Amerikanın xarici siyasəti ilə razılaşmadığı qeyd edilir. Təşkilatın Dubayda yerləşən filialının keçirdiyi sorğunun nəticələrinə görə, müsəlman amerikalıların 60 faizi inamlarının artdığını bildirib. Bu isə 2008-ci illə müqayisədə 19 faiz inkişaf deməkdir. 3 il sürən sorğunun müəllifləri göstəricilərin iqtisadi durumun normallaşması və ABŞ prezidenti Barak Obamanın reytinqinin artması ilə izah edir. Amerikada müsəlmanlar və digər dini azlıqlar ordu və hüquq-mühafizə orqanlarına etibar etmirdi. Son sorğu indi onların Federal Təhqiqat Bürosuna etimadının artdığını göstərir. ABŞ müsəlmaları İraq və Əfqanıstan müharibələrini “səhv qərar” adlandırıb.

XS
SM
MD
LG