Accessibility links

Son sutkada Azərbaycanda 101 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9851, ötən müddət ərzində isə ümumilikdə 3 767 982 test aparılıb.

Xatırladaq ki, son dəfə ölkədə yüzdən çox yoluxma halı iyunun 8-də qeydə alınıb. Bundan sonra yoluxma halı azalan tendesiya ilə gedib və yalnız son günlər artım qeydə alınmaqdadır. Nəhayət bu gün ilk dəfə yoluxma halı 101 nəfər olub. Ölkədə hazırda Delta ştammının olması ehtimalı ilə bağlı araşdırmalar aparılır. Azərbaycana qonşu ölkələrin, demək olar ki, hamısında Delta ştammı yayılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 670 729 bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 290 808, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 379 921 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG