Accessibility links

Son sutkada Azərbaycanda 199 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədəkvurulan vaksinlərin ümumi sayı 4 242 727, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 530 767, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 711 960 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG