Accessibility links

Son sutkada Azərbaycanda 3 794 nəfər koronavirusa yoluxub, 33 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45 755 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.

Azərbaycanda bu il yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 6 335 305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 830 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 504 655 təşkil edir.

Azərbaycan Səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib ki, ölkədə koronavirusun üçüncü dalğası yaşanır.

"Koronavirusa yoluxma sayının artmasına səbəb "delta" ştammıdır," nazir müavini yerli mediaya müsahibəsində qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVİD-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG