Accessibility links

Son sutkada Azərbaycanda 69 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus infeksiyasından daha 40 nəfər müalicə olunaraq sağalıb, 69 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, koronavirusdan 3 nəfər ölüb.

Hazırkı dövrədək ölkədə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 802 nəfər müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib. Aktiv xəstə sayı 1534 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 858 min 551 test aparılıb. Bugünkü test sayı isə 6271-dir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 108 min 514-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 475 min 180, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 633 min 334 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG