Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 371 yeni yoluxma faktı qeydə alınıb.
Bu gün dünənkinə nisbətən konavirusa yoluxanların sayı 159 nəfər artıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 339 min 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 782 nəfər müalicə olunaraq sağalıb, 5 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 2861 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 954 min 16 test aparılıb. Bugünkü test sayı isə 10 min 448-dir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 461 min 701-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 616 min 230, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 845 min 471 nəfərdir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.