Accessibility links

Son sutkada Azərbaycanda koronavirusdan vəfat edən olmayıb


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib, aktiv xəstə sayı 1920 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8515, ötən müddət ərzində isə ümumilikdə 3 606 364 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 2 702 023-dür. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə isə 953 988 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

XS
SM
MD
LG