Accessibility links

Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik olduğu bildirilir


Hərbi təlim

Hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələri atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində Tovuz, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl rayonları istiqamətində atəşkəs rejimini 53 dəfə pozub.

Ermənistan Müdafiə Nazirliyi də ötən gecə sərhəddə sakitlik hökm sürdüyünü və erməni kəndlərinin yalnız yüngül silahlardan atəşə tutulduğunu bildirir.

Bu ölkənin medaisı rəsmi mənbələrə istinadən Dağlıq Qarabağ üzərində Azərbaycanın kəşfiyyat uçuşu aparan pilotsuz uçuş aparatının vurulduğunu bildirir.

Azərbaycan tərəfi hələ bu məlumata münasibət bildirməyib.

Şərhlərə bax

XS
SM
MD
LG