Accessibility links

Son sutkada koronavirusa yoluxanların sayı 1500 nəfərdən çox azalıb


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 1157 yeni yoluxma hadisəsi qeydə alınıb, 3065 nəfər sağalıb, 31 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Dünən yeni yoluxanların sayı 2 676 olub.

İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Onların 412 469 nəfəri sağalıb, 6 134 nəfəri vəfat edib, 42 646 aktiv xəstənin müalicəsi davam etdirilir.

Gün ərzində 8 123 koronavirus testi icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 103 91 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG