Accessibility links

Sonora-Səhra muzeyi [Video]


Sonora-Səhra muzeyi
please wait
Embed

No media source currently available

0:00 0:02:12 0:00

Səhralar böyük əraziləri tutan, həyata yad, quru havalı sahələr kimi tanınır. Bu səhralardan biri ABŞ-ın cənub-qərb, Meksikanın isə şimal-qərb bölgəlsində yerləşən Sonora səhrasıdır. Burada salınan muzey ziyarətçilərə qeyri-adi bir təcrübə bəxş edir.

Muzeyin ekspanatları əsasən açıq havadadır.

3 km-lik ərazıdə 60 min bitki növü var. Baxmayaraq ki, burada yağışlar nadir hallardadır. Muzeyin bağbanı Con Vins dəmirağacdan danışır."Bu ağac dözülməz quruluğa tab gətirir. Məhv olub torpağa qarışır. Və yenidən bitir.Bu, daim təkrar olunur."

Vinsin dediyinə görə, bu misilsiz muzey həm də botanika bağıdır. "Burada müxtəlif çeşidli ağaclar var. Biz ziyarətçilərə göstərmək istəyirik ki, heyvanlar təbiətin yeganə parçası deyil. Necə ki, bitkilər. Bunlar biri-biri ilə sıx əlaqədədir."

Sonora səhra muzeyinin cığırlarından biri sıldırım qayaya aparır. Bu qayalıqda mağaralar və onun yüksək təbəqəsində kral görünür.

Şüşə arxasında ziyarətçilər meşə şirinə tamaşa edir.

Digər bir ekpanat ziyarətçiləri səhranın ev sahiblərinə yaxınlaşdırır.

Marketing direktoru Rozmeri Prodzikin dediyinə görə, ziyarətçilərin diqqətini daha çox buranın heyvanları cəlb edir. "Səyahət planlarında biz dünyanın ən məşhur 9 muzeyini qeyd etmişik. Bu müzeylər ziyarətçilərin verdiyi qiymətə görə seçilir. Bu insanlar sizin, mənim kimi buranı görüb bəyənən insanlardır."

Muzeyin daha bir məqsədi Sonora sərhasının qorunması, insanları təbiətlə harmoniyada yaşamağa təşviq etməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG