Accessibility links

Xocalı faciəsi haqqında film ABŞ-ın nüfuzlu mükafatını alıb [Video]


Sonsuz koridor filmi
Sonsuz koridor filmi

Litva kinematoqrafçılarının “Sonsuz dəhliz” filmi Accolade Global Film Competition nəşrinin baş mükafatına layiq görülüb

Litva kinematoqrafçılarının çəkdiyi “Sonsuz dəhliz” filmi Amerikanın Accolade Global Film Competition nəşrinin baş mükafatına layiq görülüb.

Accolade ABŞ kinematoqrafçılarının nəşridir və artıq 11 ildir ki, ən yaxşı filmlər üzrə illik müsabiqələr keçirir.

Dünyanın müxtəlif ölkələrindən yüzlərlə iş müxtəlif nominasiyalarda iştirak edir. Bunlar sənədli və qısametrajlı filmlər, televiziya proqramları və reportajlar, animasiya filmləridir.

ABŞ və dünya kinematoqrafında bu müsabiqə həm də “Kiçik Oskar” adlanır.

Bu il “Sonsuz dəhliz” baş mükafata - Best of Show mükafatına layiq görülüb. Bu mükafat ən yaxşı ideya və onun gerçəkləşdirilməsinə görə verilir.

“Bu, çox yaxşı sürpriz oldu. Emmy və Oscar mükafatlarını təltif edən Münsiflər Heyəti (Academy Award) bizim filmi ən yaxşı film adlandırdı.

Bizim mükafatla təltif olunacağımız barədə bildiriş məktubunda qeyd olunurdu ki, Münsiflər Heyəti yekdilliklə bizim filmi bəyəniblər, onu ən yaxşı film adlandırıblar. Bu, dünyanın hər yerindən daxil olan yüzlərlə işin arasında çox seçilib”, - filmin prodüseri və rejissoru Aleksandras Brokas Turan-ın müxbirilə söhbətində bildirib.

Xatırladaq ki, film 20 ildən sonra Xocalı faciəsinin qurbanlarının taleyindən, Ermənistan-Azərbaycan münabiqəsinin səbəbləri, kütləvi qırğınların səbəblərinin axtarılmasından, günahkarların cəzasız qalmasından bəhs edir.

Bir neçə il Azərbaycan, Litva, Ermənistan və Moskvada film üzərində iş gedib.

Çəkilişdən sonra Britaniya və ABŞ-da böyük iş aparılıb. Tərcümələr edilib, Oskarın sahibi, britaniyalı tanınmış aktyor Ceremi Ayronsun iştirakı ilə mətnlər səsləndirilib.

ABŞ-da filmə amerikalı tanınmış kinematoqraf Cerald Rafşun prodüserlik edib. Film yenidənqurma dövründə və SSRİ-nin tənəzzülündən sonra baş verən prosesin humanitar, siyasi, tarixi və geosiyasi aspektlərini əhatə edir.

Bütün hadisələrin səhih və obyektiv təhlilini, Xocalıda dinc əhalinin kütləvi qətlində kimdir günahkar sualına aydın cavabı bu filmin əsas nailiyyəti kimi hesab etmək olar.

XS
SM
MD
LG