Accessibility links

Sorğu: Amerikalıların əksəriyyəti hərbi müdaxilə deyil, daha çox diplomatiya istəyir


Sorğu: Amerikalıların əksəriyyəti hərbi müdaxilə deyil, daha çox diplomatiya istəyir
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Bu yaxınlarda Avrasiya Qrupu Fondu tərəfindən keçirilmiş sorğu amerikalıların əksəriyyətinin Birləşmiş Ştatların dünya boyu hərbi müdaxiləsi deyil, daha çox diplomatiyasını görmək istədiyini göstərir. Bu, ABŞ-ın Əfqanıstanda 20 il sürən mövcudluğundan sonra ölkə boyu keçirilmiş ilk belə sorğudur.

ABŞ-ın 20 ildən sonra avqust ayında Əfqanıstandan çıxdığı zaman sonuncu ABŞ əsgərləri Əfqanıstanı tərk etdikdən sonra prezident Co Bayden BMT-də etdiyi çıxışında Birləşmiş Ştatların “davamlı müharibə” dövründən “davamlı diplomatiya” dövrünə keçdiyini bildirdi.

ABŞ-da iki min seçicinin iştirak etdiyi yeni sorğuya əsasən, amerikalıların çoxu bununla razıdır.

Avrasiya Qrupu Fondu tərəfindən sorğu edilənlərin əksəriyyəti xaricdə yerləşdirilən ABŞ qüvvələrinin sayını və təhlükəsizliyə dair öhdəliklərin azaldılmasını, 58 faizi isə ABŞ-ın diplomatik əlaqələrini artırmasını istədiklərini bildirib.

Karolin Qrey sorğunu aparan baş tədqiqatçıdır.

“Biz 62 faizin, kifayət qədər böyük əksəriyyətin müharibənin ən böyük dərslərinin ABŞ-ın dövlət quruculuğu işinə qarışmaması və ya yalnız milli maraqlar üçün təhlükə olduğu halda, əsgəri qüvvə göndərməli olduğuna inandığını gördük”, Karolin Qrey bildirib.

Sorğuya əsasən, 18-29 yaş arasında olan gənc seçicilərin 80 faizi hesab edir ki, ABŞ hücuma məruz qalmadığı təqdirdə, prezident xaricdə hərbi əməliyyatlar əmri verməzdən əvvəl Konqresin razılığını almalıdır.

Karolin Qrey: “Amerikalı gənclərin 65 faizi İranla nüvə danışıqlarını bərpa etmək istəyir. Onlar Amerikanın Çinin artmaqda olan nüfuzuna qarşı Şərqi Asiyada hərbi mövcudluğunu artmasına daha çox skeptik yanaşır və onların çoxu ABŞ-ın müdafiə xərclərini də azaltmasını istəyir. Beləliklə, onların Amerikanın hərbi mövqeyini azaltması və qlobal problemləri həll etmək üçün hərbi qüvvələrə güvənməsini yaşlılardan daha çox istədiyi görünür”.

Sorğuya əsasən, amerikalıların Çin və Rusiya ilə münasibətdə fikirləri belə görünür ayrılır. Respondentlərin 40 faizi Çinin Tayvanı işğal etdiyi təqdirdə ABŞ-ın nə etməli olduğu ilə bağlı fikir söyləyə bilmədiklərini deyib.

Bu, bəzi ekspertlərin bildirdiyi kimi, ABŞ-ın xarici siyasət liderləri arasında partiya mənsubiyyətindən asılı olmayaraq mövcud konsensusla təzad təşkil edir.

“Bildiyiniz kimi, Vaşinqtonda təhlükəsizlik dairələrində Çin güclənməkdə olan rəqib hesab edilir. Prezident özü də çox vaxt bizim göyük güclərin rəqabəti dövründən avtokratiya qarşı demokratiya dövrünə keçdiyimizdən danışır. Əsl narahatlıq Çinin böyük resurslara və aydın plana malik olaraq, qlobal diskussiyada dominantlğa çalışmasından ibarətdir”, Atlantika Şurası​nın təhlilçisi Kristofer Skaluba bildirib.

Sorğunun nəticələri humanitar yardımlar, fəlakətlərin nəticələrinin aradan qaldırılması və COVID-19-la əlaqədar yardımın ən populyar beynəlxalq yardım növləri olduğunu, hərbi yardım və silah satışının isə ən az populyar olduğunu göstərib.

XS
SM
MD
LG