Accessibility links

Sorğu: Amerikalıların əksəriyyəti kapitalizmə üstünlük verir


Kapitalizm amerikalılar arasında sosializmdən xeyli populyardır. Bu qənaət Fox News telekanalının apardığı sorğuların nəticəsini əks etdirir.

Sorğu həmçinin müəyən edib ki, amerikalılar arasında hazırkı iqtisadi durum barədə nikbinlik ən yüksək, hökumətdən yardım istəyənlərin sayı isə ən aşağı səviyyədədir

Respublikaçıların 84 faizi hesab edir ki, amerikalılar hökumətdən çox asılıdırlar.

Amerikalılardan "federal hökumətə hansı mesajı göndərmək istəyərdiniz?" sualına cavabda respondentlərin yarısından çoxu “məni rahat burax” variantını seçib. 34 faiz isə yardım diləyib ki, bu, 2017-cı ildə qeydə alınan 41 faiz göstəricidən aşağıdır.

Sorğuda rəyi soruşulanların 57 faizi kapitalizm haqda yüksək rəyə malik olduqlarını deyiblər. Bu, sosializm haqda müsbət hisslər paylaşanlardan (25%) ikiqat çoxdur.

Mövcud iqtisadi durum və işililiyin artması amerikalılar arasında kapitalizmə dəstəyi artırıb.
Mövcud iqtisadi durum və işililiyin artması amerikalılar arasında kapitalizmə dəstəyi artırıb.

Nəticələr göstərir ki, Respublikaçılar kapitalizmi dəstəkləməyə Demokratlardan daha çox meyl göstərir. Onların 77 faizi hökumətdən onları "rahat buraxma"larını istədiklərini deyirlər.

Sorğu kişi və qadınlar arasında da fərqi büruzə verib. Kişilərin 58 faizi, qadınların isə 37 faizi kapitalizmin vətəndaşlar üçün bərabər imkanlar yaratdığına inanır.

Ağdərililər qeyri-ağlardan (52/33), yaşlılar isə gənclərdən (54/37) daha çox sayda kapitalizmə dəstək ifadə edib.

XS
SM
MD
LG